“Uşaqları qoruyaq və müdafiə edək” adlı tədbir keçirilib
Noyabrın 8-də
Qazax Rayon Heydər Əliyev Mərkəzində 20 oktyabr – 20 noyabr BMT Uşaq Hüquqları
Konvensiyasının qəbul edilməsinin ildönümü – 20 Noyabr - Ümumdünya Uşaqlar Günü
ərəfəsində "Uşaqları qoruyaq və müdafiə edək” adlı tədbir keçirilib. Uşaqlara
diqqət və qayğının artırılması məqsədilə ölkədə "Uşaq hüquqları aylığı”nın elan
olunması ilə əlaqədar keçirilən tədbirdə N.Vəliyev adına şəhər 5 nömrəli tam
orta məktəbin şagirdləri iştirak edib. Mərkəzin
direktoru Ceyhunə Hüseynova "Uşaq hüquqları aylığı” haqqında geniş məlumat verərək
bildirib ki, 1959-cu il 20 noyabrda Uşaq hüquqları Bəyənnaməsi BMT tərəfindən qəbul
edilmişdir. 1989-cu il 20 noyabrda isə BMT Uşaq Hüquqları Konvensiyasını qəbul
etmişdir. Azərbaycanın isə 2 mart 1992-ci il tarixdə BMT-yə üzv olaraq Uşaq Hüquqları
Konvensiyasına qoşulduğunu bildirib. Azərbaycanın
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira
Sülemanyovanın təşəbbüsü ilə hər il ölkəmizdə 20 oktyabr-20 noyabr tarixlərində "Uşaq
hüquqları aylığı” elan olunduğunu diqqətə çatdırıb. Sonra tədbir
muzeyin ekskursiyası ilə başa çatıb.
GOYEZEN.AZ
Facebook-da paylaş