“Uşaq hüquqları aylığı” uğurla başa çatıb
Məlum olduğu kimi, bu il ölkəmiz tərəfindən ratifikasiya olunmuş
BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsindən 29 il ötür. Bu mühüm
sənədin icrasının təmin edilməsi istiqamətində uşaq hüquqlarının qorunması və təşviqi
sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, iqtisadi,
sosial, mədəni, hüquqi və digər sahələrdə mühüm islahatlar aparılmışdır.
Hər il olduğu kimi, bu il də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq
20 oktyabr – 20 noyabr tarixlərində Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin
ildönümü ərəfəsində respublikamızda "Uşaq hüquqları aylığı” elan edilmişdir.
Aylığın keçirilməsində
əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi
vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Bu məqsədlə aylıq çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti
orqanlarıına, QHT və KİV-lərə, icmalara ünvanlanan müraciətlər əsasında müxtəlif
tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində,
uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil
olunur ki, bu da uşaqların hüquqlarının səmərəli təmininə və təbliğinə, həmçinin
onların fəallığına və iştirakçılığına xidmət edir.
Ölkəmizdə təqdirəlayiq haldır ki, Respublika Prezidenti İlham
Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini
artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda da əhalinin müxtəlif
qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit
olunmuş və uğurla həyata keçirilməkdədir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Rayon İcra
Hakimiyyətinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə "Uşaq hüquqları
aylığı” keçirilmişdir. Belə ki, "Uşaq hüquqları
aylığı” çərçivəsində rayonun ümumtəhsil məktəblərində görüləcək işlərə dair tədbirlər
planı tərtib edilmiş, ötən müddət ərzində uşaq hüquqlarının həyata keçirilməsini
yaxşılaşdırmaq məqsədilə "Mənim hüquqlarım”, "Mən kiməm?, "İnsan hüquqları nədir”, "Yaşamaq hüququ”,
"Təhsil hüququ”, "Mənim məktəbdə vəzifələrim”, "Müdafiə hüququ”, "Təmiz su-insan
hüququdur” və.s mövzularında inşa, rəsm müsabiqələri, stend və sərgilər təşkil
olunmuş, maarifləndirici söhbətlər aparılmış, uşaqların hüquqlarının səmərəli təmininə və
təbliğinə, həmçinin onların fəallığına və iştirakçılığına xidmət edən geniş məlumatlar verilmiş və bu istiqamətdə uşaqların fəal iştirakı ilə
müvafiq tədbirlər təşkil edilmiş və keçirilmişdir.
GOYEZEN.AZ
Ombudsmanın 2
oktyabr 2018-ci il tarixli 1/14130-18 nömrəli məktubuna əsasən "Uşaq hüquqları
aylığı” çərçivəsində uşaq hüquqlarının qorunması və təşviqi sahəsində
rayonumuzda bir sıra tədbirlər həyata keçirilmiş, sosial, mədəni, hüquqi və digər
sahələrdə işlər aparılmışdır.
Facebook-da paylaş