Qazax Rayon Heydər Əliyev Mərkəzi “Gəlin birlikdə oxuyaq” başlıqlı layihəyə start verib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tövsiyəsinə və Heydər Əliyev Mərkəzlərinin Nümunəvi Əsasnaməsinə müvafiq olaraq Qazax Rayon Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Qazax şəhər kitabxanası yaşlı və fiziki məhdudiyyətli şəxslərə "Gəlin birlikdə oxuyaq” başlıqlı Evdə kitabxana xidməti təşkil edib.
Evdə kitabxana xidməti layihəsi çərçivəsində ilk olaraq yaşlı insanlara Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında məlumat verilir, Onun həmişə ahıl və yaşlı insanlara göstərdiyi xüsusi diqqət və qayğısından, onların problemlərinin həllini siyasətinin əsas hissəsi hesab etməsindən danışılır.
Daha sonra yaşlı insanları maraqlandıran əvvəlcədən seçilmiş mövzulara uyğun kitablar evlərinə aparılır və onların arzusu ilə ucadan oxunur. Bütün bunlarla yanaşı həmçinin qeyd edilir ki, əsası Ulu Öndər tərəfindən qoyulan, yaşlı insanların problemlərinə göstərilən həssas münasibət bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də uğurla davam etdirilir. Son illərdə yaşlıların əmək pensiyalarının, sosial pensiyaların dəfələrlə artırılması bir daha sübut edir ki, ölkə başçısının apardığı siyasətin əsasında vətəndaşların sosial rifahının yaxşılaşdırılması dayanır. Yaşlılar da öz növbələrində Prezidentə sonsuz təşəkkür və minnətdarlıqlarını bildirirlər.
GOYEZEN.AZ
Facebook-da paylaş