“Ordum varsa, Yurdum var!” adlı səyyar kitabxana xidməti təşkil edilib
Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxana Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə “Açıq kitabxana” layihəsi çərçivəsində “Ordum varsa, Yurdum var!” adlı səyyar kitabxana xidməti təşkil edib.
Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunmuş sərgidə Milli Ordu quruculuğunu, Xalq Cümhuriyyəti zamanı yaradılan ordu fəaliyyətini əks edirən kitablar, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli kadrların yetişdirilməsini əks etdirən materiallar nümayiş etdirilib.
Sərgi ilə tanışlıq zamanı oxucular bir daha əmin olublar ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dinamik iqtisadi inkişafla yanaşı, bu gün Azərbaycan regionda ən güclü orduya malikdir. Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxil olub.
Eyni zamanda, Mərkəzi Kitabxananın Uşaq şöbəsi “Qüdrətli Milli Ordu - Qüdrətli Dövlət” adlı sərgi, Yuxarı Salahlı kənd 1 və 2 saylı kitabxana filialları “Ordum varsa, Yurdum var!” adlı məruzə keçiriblər.

GOYEZEN.AZ
Facebook-da paylaş