Qazaxda “Zəmanəmizin Böyük Azərbaycanlısı” adlı XI ənənəvi Kitab bayramı keçirilib
Qazax
rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Mədəniyyət Mərkəzinin qarşısında
ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş
"Zəmanəmizin Böyük Azərbaycanlısı” adlı XI ənənəvi Kitab bayramı keçirib.
Tədbirdə
Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov, məsləhətçi Bəhruz
Bayramov, mətbuat katibi Xəyal Nağıyev, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov,
Qazax rayonu üzrə nümayəndə Valeh Vəliyev, MİHİ-nin Qazax rayon komitəsinin
sədri İsgəndər Qurbanov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının
üzvləri - şairlərdən Bilal Qoca, Tamella
Poladlı, Asimə Hüseyn, Gülsənəm Cəlili, Kazım Kazımlı, şəhər məktəblərinin
müəllim və şagirdləri, fəal oxucular, rayon ictimaiyyətinin nümayəndələri,
mədəniyyət işçiləri iştirak ediblər.
MKS-in
direktoru Solmaz Babanlı tədbiri giriş sözü ilə açaraq təməli dünya şöhrətli siyasi
xadim Heydər Əliyev tərəfindən qoyulan və bu gün onun siyasi kursunun layiqli
davamçısı Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyəti ilə davam
etdirilən müstəqil Azərbaycanın dünyanın inkişaf edən ölkələri sırasında inamla
irəlilədiyini qeyd edib.
Sonra
tədbirdə nümayiş olunan bir-birindən rəngarəng kompozisiyalar iştirakçılar tərəfindən
maraqla izlənilib. F.Şamoyev adına şəhər 4 saylı tam orta məktəbin müəllimi Vüsalə
Əhmədovanın rəhbərliyi ilə III sinif şagirdlərinin "Mən fəxr edirəm ki,
Azərbaycanlıyam” adlı musiqili kompozisiyası, Mədəniyyət Mərkəzinin "Qönçə”
rəqs qrupunun kiçik fidanı Zəhra Abdullayevanın "Turacı”, Aysu Hacıyevanın
"Vağzalı-Mirzeyi” rəqsləri, məktəblilərdən Bəturə və Elbəy Mustafayevlərin,
Əsmər Hüseynovanın, Nərmin Tatlıyevanın, Əsgər Əsgərovun və başqalarının söylədikləri
ulu öndərə həsr olunmuş şeirlər alqışlarla qarşılanıb.
Kitab
bayramında təqdimatı keçirilən şairlərdən Tamella Poladlının "Qəlbimdə yaşayır
o dağlar mənim”, Kazım Kazımlının "Şair eldən ayrılmasın” adlı kitabları Mərkəzi
Kitabxanaya hədiyyə edilib.
Tədbir zamanı ulu öndərə həsr olunmuş
"Qürurumuzsan... Sərvətimizsən”, "Azərbaycan tarixi və mədəniyyəti”, "Vətən
torpağı bizi səsləyir”, "Qarabağın baş tacı: Şuşa”, "Laçının min illik yadigarları”,
"2019 - İmadəddin Nəsimi ili”, "Əsrlərə sığmayan şair”, "Qədim Ozan yurdu
Qazaxa gəlin!”, "Təmiz vicdan və mənəviyyatı bütöv Şəxsiyyət - İsmayıl Şıxlı”,
"Cəlil Məmmədquluzadə - 150” və s. başlıqlı sərgilərdə nümayiş olunan
materiallar iştirakçıların böyük marağına səbəb olub.
Rəngarəng mahnı və
rəqslərlə davam etdirilən tədbir şən ovqatla sona çatıb. GOYEZEN.AZ
Facebook-da paylaş