• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar elan olunmuş “Açıq qapı” günləri davam edir


Xəbər verdiyimiz kimi, artıq 4 gündür ki, XX əsrin görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu olan ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar "Açıq qapı" günləri elan olunub.

Qazax rayon Heydər Əliyev Mərkəzində 25 aprel-10 may 2019-cu il tarixlərində təşkil olunmuş "Açıq qapı” günlərində rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon məktəbliləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq  Onun abidəsini ziyarət edir, muzeyə ekskursiya edərək dahi şəxsiyyətin keçdiyi ömür yolu, xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda misilsiz xidmətlərindən bəhs edən mühazirələr dinləyirlər. Fenomenal şəxsiyyətə həsr olunmuş "Sən əlçatmaz zirvəsən” başlıqlı kitab və jurnallardan ibarət sərgi ilə tanış olur, filmlərə baxırlar.

"Açıq qapı” günlərində Qazax şəhər S.Əfəndiyev adına 1 nömrəli, S.Vurğun adına 2 nömrəli, İ.Qayıbov adına 3 nömrəli, F.Şamoyev adına 4 nöməri, Ş.Çobanov adına Ağköynək, A.Əliyev adına Hüseynbəyli, Ş.Şahvələdov adına Xanlıqlar, Z.Mahmudov adına Yuxarı Salahlı, N.Hüseynov adına Aşağı Salahlı, İ.Şıxlı adına Kosalar kənd tam orta, Q.Hacımahmudova adına şəhər ümumi orta  Ə.Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəblərin şagird və müəllimləri muzeyə gələrək dahi insanın abidəsini ziyarət ediblər. Ulu öndərin həyat və siyasi fəaliyyəti haqqında mühazirələr dinləyib və filmə baxıblar. Sərgi ilə tanış olublar.

Məlumat üçün qeyd edək ki, 25 apreldən start götürən "Açıq qapı” günlərində bu günə kimi 800-ə yaxın ekskursiyaçı iştirak edib.
























GOYEZEN.AZ



Facebook-da paylaş