• Təqvim

  • Maraq



"Gənclər dövləti inkişaf etdirən başlıca sütundur"


Qazax rayon Heydər Əliyev Mərkəzində 2 Fevral - Gənclər Gününə həsr olunmuş "Gənclər dövləti inkişaf etdirən başlıca sütundur" başlıqlı dəyirmi masa təşkil edilib. Tədbirdə Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin şagird və müəllimləri iştirak ediblər.

Mərkəzin direktoru Ceyhunə Hüseynova, Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyüşlü çıxış edərək 2 Fervral - Gənclər Günü münasibətilə gəncləri təbrik edib, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd ediblər ki, gənclər siyasəti bu gün dövlətimizin prioritet məsələlərindən biridir. Gənclərimizin əsl Azərbaycan vətəndaşı kimi formalaşmasında Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri olmuşdur.


Mərkəzin gənc işçiləri Ofiylə Salmanova və Sərvinaz Məmmədova da çıxış edərək gənclər siyasəti sahəsində gördüyü işlərə görə dövlət başçısı İlham Əliyevə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonra Q.Hacımahmudova adına ümumi orta məktəbin şagirdləri Gənclər Gününə və ulu öndərə həsr edilmiş şeirlər söyləyiblər.

Sonda Heydər Əliyev Mərkəzi tərəfindən 2 Fevral - Gənclər Günü münasibətilə keçirilən tədbirdə fəal iştiraklarına görə məktəblilərə Fəxri Fərmanlar təqdim olunub.


GOYEZEN.AZ



Facebook-da paylaş