Heydər Əliyev – müasir və müstəqil Azərbaycanın qurucusudur
Heydər
Əliyev – müasir və müstəqil Azərbaycanın banisi, yaradıcısı, qurucusu,
ümummilli lideridir. Nə qədər söz desək də, Heydər Əliyevin müstəqil Azərbaycan
dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə
çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi ifadə etməyə
yetərsizdir. Bu fikirlər bu gün ulu öndər Heydər Əliyevin anım günü ilə
bağlı hər il təşkil olunan "Açıq qapı” günlərində
səslənib.
Dekabrın 3-dən etibarən Qazax rayon Heydər Əliyev Mərkəzində start götürən
"Açıq qapı” günlərində rayonun bütün idarə, müəssisə və təşkilatlarının
kollektivləri, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışan işçilər, rayon
məktəbliləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Gün ərzində ulu
öndərin adını daşıyan parka gələrək abidəsi önünə tər çiçək dəstələri düzür,
dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anırlar.
Ulu öndərin siyasi irsini təbliğ etmək məqsədilə təşkil olunmuş "Açıq
qapı” günlərində ulu öndərin Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda
apardığı mübarizələr bir daha xatırlanır, dahi şəxsiyyət böyük hörmət və
ehtiramla yad edilir. Ömrünü müstəqil Azərbaycanın
çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyətin gördüyü işlər, xalqına, millətinə
verdiyi qiymət bir daha mərkəzi ziyarət edən insanlara çatdırılır.
Bundan başqa, iştirakçılar muzeyin qarşısında Azərbaycan dövlətinin
qurucusu və memarı olan dahi şəxsiyyətin həyatını və siyasi fəaliyyətini özündə
əks etdirən kitab və jurnallardan ibarət "Qurtuluş mübarizəsinin
qalibi-Heydər Əliyev" başlıqlı sərgi ilə tanış olur, ulu öndərə həsr
olunmuş mühazirələr dinləyir və filmlərə də baxırlar.
Artıq 5 gündür
ki, davam edən "Açıq qapı” günlərinin bugünkü iştirakçıları isə Qazax
Sement Zavodunun, YAP Qazax rayon təşkilatının, Dövlət Aqrar İnkişaf
Mərkəzinin, rayon Baytarlıq İdarəsinin kollektivləri, "N” saylı hərbi hissənin
əsgərləri, M.Hüseyn adına məktəb-liseyin yuxarı sinif şagirdləri olub.
Ümumilikdə 1700-ə yaxın adam ulu öndərin abidəsini ziyarət edərək əziz
xatirəsini anıb.
Məlumat
üçün qeyd edək ki, "Açıq qapı” günləri dekabrın 12-dək davam edəcəkdir. GOYEZEN.AZ
Facebook-da paylaş