• Təqvim

  • Maraq



Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir


“Xalq mənim dayağım, gücüm və inamımdır”, - deyən Heydər Əliyev bu gün də xalqın dayağı, gücü və inam yeridir. O, müstəqil, azad Azərbaycanın yoluna çilənən elə bir nurdur ki, zərrin şəfəqləri hələ uzun müddət sabaha gedən yollarımızı işıqlandıracaqdır.  Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti böyük bir məktəbdir, daim öyrənilməli, tədqiq edilməlidir. Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun bəxtinə düşmüş tanrı payıdır. Onun adı da, özü də dövlətçiliyimizi təcəssüm etdirir. Dahi şəxsiyyət həm özünün nadir siyasi istedadı sayəsində, həm də milli dirçəlişin mükəmməl fəlsəfi konsepsiyasına əsaslanaraq, müasir Azərbaycan adlandırdığımız bir məmləkəti, onun bugünkü həqiqətlərini, sabahkı gününün etibarlı bünövrəsini yarada bilmişdir. Azərbaycan xalqı hər zaman Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə, Onun ideyalarına, dəyərli irsinə böyük hörmət və ehtiram hissi ilə yanaşır. 

Mayın 10-da adı Azərbaycanın tarixinə və xalqımızın yaddaşına qızıl hərflərlə yazdırmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Dahi insanın adını daşıyan Qazax Rayon Heydər Əliyev Mərkəzində rayon ictimaiyyəti, gənclər və şagirdlər üçün ziyarətlər təşkil olunur, xalqımızın böyük oğlunun həyat və siyasi fəaliyyətinin hər bir anını özündə əks etdirən kitab sərgisi, filmlər nümayiş etdirilir, Heydər Əliyevin Qazax rayonuna tarixi səfərləri, Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkəmizin inkişafı, tərəqqisi naminə müəlliflik etdiyi sosial-iqtisadi layihələri, neft islahatları, elm, təhsil, idman, səhiyyə sahəsində həyata keçirdiyi uğurlu siyasət haqqında məlumatlar verilir.

Mayın 8-də ATİAHİ Qazax Rayon Komitəsinin, “Aztelekom” MMC-nin Qərb Regional Filialının Qazax Şöbəsinin, “Azərpoçt” MMC-nin Tovuz Regional Poçt filialının Qazax Müştəri Xidmətləri Şöbəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Publik Hüquqi Şəxsin 1 saylı Qazax-Tovuz Regional Filialının Qazax Rayon Qəbul Şöbəsinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının, Qazax rayon Statistika İdarəsinin, Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin, “Qazax Avtovağzal” ASC-nin, Qazax rayon Mədəniyyət Mərkəzinin, M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyinin, Qazax Tarix-Diyarşünaslıq Muzeyinin, Qazax Dövlət Rəsm Qalereyasının, Qazax şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəblərinin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin, Qazax rayon Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin, Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin, Qazax rayon Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin, Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin, Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin müəllim və şagirdləri, Qazax şəhər 5 nömrəl Körpələr Evi-Uşaq bağçasının, Qazax rayon Daş Salahlı kənd 2 nömrəli Körpələr Evi-Uşaq bağçasının rəhbər, əməkdaş və körpələri böyük hörmət və ehtiramla dahi insanın abidəsini ziyarət edib, abidə üzərinə tər çiçək dəstələri düzüblər. Mərkəzdə “Məşələ çevrilən həyat” başlıqlı kitab sərgisinə baxıb, ekspozisiya zalında Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən məlumatları dinləyib, film izləyiblər.



Facebook-da paylaş