• Təqvim

  • Maraq



Ali diqqət, fədakar xidmət!


Dekabrın 29-da Daxili İşlər Nazirliyində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında Şəhidlik zirvəsinə ucalmış əməkdaşların ailə üzvlərinə, həmçinin xidməti vəzifələrini yerinə yetirərkən qəhrəmanlıq nümunələri, şücaət və mərdlik göstərmiş, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin qorunmasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğullarımızın əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Daxili işlər naziri  general-polkovnik Vilayət Eyvazov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən silahlı qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Hərbi qulluqçularımızın Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən nazir torpaqların azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin Şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını qeyd edərək, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb.

General-polkovnik V.Eyvazov Vətən müharibəsində olduğu kimi bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı Daxili İşlər Nazirliyinin 20 əməkdaşının şəhid olduğunu, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı hərbi qulluqçuların, eləcə də polis əməkdaşlarının yüksək peşəkarlıq göstərdiklərini, şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olduğunu bildirib.

Sonra nazir V.Eyvazov antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının və hərbi qulluqçuların ailə üzvlərinə, döyüş tapşırıqlarının icrası zamanı fədakarlıq göstərən, eləcə də xidməti vəzifələrin öhdəsindən layiqincə gələn əməkdaşlara ali mükafatları təqdim edib.

Nazir hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, öz andına həmişə sadiq olan daxili işlər orqanları əməkdaşlarının bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcəyinə, bu yolda qüvvə və bacarığını əsirgəməyəcəyinə əminliyini bildirib. 

Məlumat üçün qeyd edək ki, Daxili İşlər Nazirliyində keçirilən tədbirdə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış, ölümlərindən sonra ölkə Prezidenti İlham Əliyevin mübafiq Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni  “Vətən uğrunda” medalı ilə təltif olunmuş Qarapapaq kəndindən gizir Əhmədov Elvin Qələndər oğlunun anası Təranə Əhmədova, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlunun bacısı Şəfəq Salehova, (MAHHXHQ) əsgər Fərid Nəbiyevin atası Kamran Nəbiyev iştirak ediblər. 

https://mia.gov.az/az/news/view/1824/ 



Facebook-da paylaş