• Təqvim

  • Maraq



Qazaxda “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər gənc rəssamların fırçasında” başlığı altında rəsm müsabiqəsi keçirilib


Sentyabrın 19-da “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Ulu Öndər gənc rəssamların fırçasında” başlığı altında rəsm müsabiqəsi keçirilib.


Qazax Dövlət Rəsm Qalereyasında Ulu Öndərin 100 illiyinə həsr olunmuş sərgidə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəis müavini Səbuhi Xasməmmədov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Dövlət Rəsm Qalereyasının, Ağstafa Dövlət Rəsm Qalereyasının, Tovuz Dövlət Rəsm Qalereyasının, Şəmkir Uşaq İncəsənət Məktəbinin əməkdaşları və dərnək üzvləri, mədəniyyət işçiləri iştirak ediblər.

Qazax Dövlət Rəsm Qalereyasının direktoru Münəvvər Xəlilova müsabiqə və iştirakçılar, əl işləri barədə məlumat verib. M.Xəlilova müsabiqədə Qazax-Tovuz Regional Mədəniyyət İdarələrinin gənc rəssamlarının əl işlərinin nümayiş olduğunu bildirib. Sərgidə Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən 4 rayon - Qazax, Ağstafa, Tovuz, Şəmkir rayonları üzrə 27 nəfər dərnək üzvünün 50-yə yaxın rəsmlərinin sərgiləndiyini qeyd edib. Müsabiqənin 7-13  və 14-18 yaş qrupları üzrə keçirildiyini söyləyib.

Əl işlərinə baxış keçirildikdən sonra münsiflər heyəti tərəfindən qaliblər seçilərək adları bəlli olub. 14 -18 yaş qrupu üzrə Eşqin Quluyev I yerin, Aida Nəsibli II yerin, Yusif Məmmədov III yerin qalibi olub. 7-13 yaş qrupu üzrə Ayan Rəhimlinin rəsmi I yerə, Anar Bənnayevin rəsmi II yerə, Timurçin Həsənlinin rəsmi isə III yerə layiq görülüb. Qaliblərə rəsm ləvazimatları və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Fəxri Fərmanları təqdim olunub.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, müsabiqədə iştirak edərək qalib adını qazanan gənc rəssamları təbrik edib. Ulu Öndərin 100 illik yubileyi ilə bağlı səmimi ürək sözlərini bölüşən icra başçısı ölkə Prezidenti tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi şəxsiyyətin yubileyinə ən böyük töhfə olduğunu söyləyib. 


Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da silsilə tədbirlərlə qeyd olunduğunu“Ulu Öndər gənc rəssamların fırçasında” başlığı altında keçirilən rəsm müsabiqəsinin həmin silsilə tədbirlərin davamı olduğunu bildirib. Rayon rəhbəri Ulu Öndərə olan sevgilərinə, hörmət və ehtiramlarına, ən əsası da bu sevgini öz əsərlərində əks etdirdiklərinə görə gənc rəssamlara razılığını ifadə edib. Sonda qalibləri bir daha təbrik edən rayon rəhbəri gənc rəssamlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

 



Facebook-da paylaş