Qazax şəhərində “İlin bağçası” müsabiqəsi keçirilib
Bu gün Qazax şəhərində fəaliyyət göstərən bağçalar arasında ilk dəfə olaraq genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “İlin bağçası” müsabiqəsi keçirilib.
Qazax rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən müsabiqənin əsas məqsədi bağçaların və kollektivlərinin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etməkdir. “İlin bağçası"nı seçmək, ən əsas da körpə balaların vətənpərvərlik ruhunda tərbiyəsini artırmaq, onların Vətəninə, xalqına, doğma el-obasına sevgisini göstərməkdir.
Müsabiqədə Qazax şəhər 1 saylı körpələr evi–uşaq bağçasının “Zəfər”, şəhər 2 saylı uşaq bağçasının “Bənövşə”, şəhər 3 saylı körpələr evi–uşaq bağçasının “Səma”, şəhər 4 saylı uşaq bağçasının “Lalələr”, şəhər 5 saylı körpələr evi–uşaq bağçasının “Göyəzən” və şəhər 6 saylı körpələr evi–uşaq bağçasının “Günəş” komandaları iştirak edib. 4 nominasiya: şeir, mahnı, rəqs və səhnəciklər üzrə keçirilən müsabiqədə komandalar bir-birindən maraqlı çıxışlar nümayiş etdiriblər.
Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən bayram əhval-ruhiyyəli yarışmada Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, təhsil, mədəniyyət, səhiyyə işçiləri, bağça müdirləri, rayon ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri və mətbuat işçiləri iştirak edib.
Balaca fidanların ixtiyarına verilmiş Mədəniyyət Mərkəzinin böyük zalı al-əlvan şarlarla, gül-çiçəklə bəzədilmişdi. Bir-birindən gözəl, rəngarəng geyimli gül balaların üzlərində təbəssüm, könüllərində xoş ovqat hissi vardı. Sıra ilə düzülmüş körpə balalar öz çıxışlarını nümayiş etdirmək üçün səbirsizliklə gözləyir, öz şıltaq hərəkətləri ilə ətrafa sevinc bəxş edirdilər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə aparıcılar çıxış edərək ölkəmizdə, eləcə də rayonumuzda körpə balaların azad və firəvan şəkildə böyümələri üçün göstərilən diqqət və qayğıdan söz açıb, münsiflər heyətinin üzvlərini və komandaları tədbir iştirakçılarına təqdim ediblər.
Sonra körpə fidanların dahi şair Səməd Vurğunun “Azərbaycan” şeirini söyləməsi ilə müsabiqə açıq elan olunub.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək bütün tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə, təşkil olunan möhtəşəm bayram münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, ölkəmizdə uşaqlar daim yüksək diqqət, qayğı və nəvazişlə əhatə olunublar. Cəmiyyətimiz həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam, gümrah, eyni zamanda, savadlı və vətənpərvər ruhda böyümələri üçün əllərindən gələni əsirgəməyib. Azərbaycanda uşaq problemlərinin həlli həmişə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
İcra Başçısı Rəcəb Babaşov qeyd edib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.
Ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.
Bu məqsədlə hər il 10-larla, 100-lərlə yeni-yeni bağça tikilib istifadəyə verilir, bir o qədər sayda bağça isə əsaslı təmir olunaraq ən müasir vəziyyətə gətirilir. 2014-cü ildə Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının qəbulundan sonra bu işlər daha da geniş sferaya qədəm qoyub. Ölkə Başçısı İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın vaxtaşırı yeni tikilmiş bağçaların açılışında iştirak etməsi ölkə rəhbərliyinin uşaqlara verdiyi böyük qiymətin təzahürüdür.
Rəcəb Babaşov qeyd edib ki, ölkəmizdə bu sahədə aparılan əsrarəngiz işlərə Qazax rayonunda da hər addımda rast gəlmək mümkündür. Hər zaman diqqət və qayğı ilə əhatə olunmuş rayonumuzun körpələri üçün də Qazaxın Xanlıqlar, Kosalar, Daş Salahlı, Cəfərli kəndlərində, eyni zamanda Qazax şəhərinin özündə ən müasir standartlara cavab verən körpələr evi-uşaq bağçaları yenidən tikilib və əsaslı təmir olunaraq istifadəyə verilib. Ümumilikdə isə 2018-ci ilin oktyabr ayına qədər Qazax rayonunda bütün bağçaların müasir formaya salınmasının başa çatdırılması nəzərdə tutulub.
Bu gün əminliklə deyə bilərəm ki, Qazax şəhərinin bütün bağçaları artıq hər bir uşağın, hətta valideynin arzuladığı formada fəaliyyət göstərir. İstilik sistemi ilə tam təchiz edilmiş işıqlı auditoriyalarda rəngarəng nağıllar dünyasını xatırladan atmosfer uşaqların gələcəyə möhkəm dayaqlar üzərində hazırlanmasını şərtləndirir. Bağçaların rəhbərliyi, müəllimləri hər bir uşağa öz övladı kimi yanaşaraq, onların yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması yönündə yorulmaz işlər görürlər. Bu gün bu müsabiqənin təşkil edilməsində də əsas məqsədimiz bu sahədə görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etməkdir. Mənim üçün tək münsiflərin verdikləri qiymətləndirməyə əsasən qalib olan bağça deyil, bütün bağçalar qalibdir. Mən bütün bağçaların kollektivlərini təbrik edirəm və arzu edirəm ki, belə müsabiqələrin sayı çox olsun.
Sonra söz körpə fidanlara verilib. Uşaqlar bir-birindən maraqlı şeirlər söyləyib, mahnılar oxuyub, rəqs edib, səhnəciklər nümayiş etdiriblər.
Körpə fidanların dilindən səslənən “Azərbaycan dünyam mənim”, “Azərbaycan deyəndə” şeirləri iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.
Müsabiqənin mahnı nominasiyası üzrə keçirilən mərhələsində körpə fidanlar vətənpərvərlik ruhunda olan mahnılar ifa edərək öz məharətlərini göstəriblər. “Can-can Azərbaycan”, “Əsgər marşı”, “İgid əsgər” mahnıları əsl bayram əhval-ruhiyyəsi yaşadıb tədbirə toplaşanlarda.
Qədim və milli rəqs nümunələrinin yer aldığı üçüncü mərhələdə “Sarı gəlin”, “Naz eləmə”, “Uzun dərə”, “Lalələr” və “Arşın mal alan” kimi rəqslərimiz körpə balaların ifasında tədbirə başqa bir rəng qatıb.
Nəhayət, müsabiqənin dördüncü nominasiyası üzrə təqdim olunan mərhələdə körpələrin sərbəst mövzuda hazırladıqları səhnəciklər yer alıb. Olduqca bir-birindən maraqlı olan səhnəciklər tədbirə toplaşanlarda qürur hissi ilə yanaşı kövrək anlar da yaşadıb. “Ana və oğul”, “Ana və poçtalyon”, “Əsgər anası”, “Üçrəngli bayrağımız” və “Aprel şəhidləri” adlı səhnəciklər körpə fidanların vətənpərvərlik ruhundan, döyüş əzmindən xəbər verib, kövrək duyğulu hisslər bəxş edib.
Qazax RİH başçısının köməkçisi, baş münsif Əmin Abıyev, aparatın aparıcı məsləhətçisi Müşfiq Pirverdiyev, məktəb–liseyin Azərbaycan dili-ədəbiyyat müəllimi Nüşabə Yaqubova, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İskəndərov, şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Gülnarə Əliyeva və şəhər 1 saylı klubda mədəni təşkilatçı Sərgül Kazımovanın üzv olduğu münsiflər heyəti hər nominasiya üzrə çıxışları qiymətləndirərək 10 ballıq sistem üzrə müvafiq qiymətlərini veriblər.
Hər 4 nominasiya üzrə toplanan yekun qiymətlərə görə qalib və digər yerləri tutan komandaların adları bəlli olub. Yekun qiymətləndirməyə görə Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasının “Günəş” komandası 194 balla bu il üzrə “İlin bağçası” adına layiq görülüb. Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının “Zəfər” komandası müsabiqənin ikincisi olub. Üçüncü yeri isə iki komanda – şəhər 2 saylı uşaq bağçasının “Bənövşə” və şəhər 3 saylı körpələr evi–uşaq bağçasının “Səma” komandaları bölüşüblər.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qalib olan bağçanın kollektivinə Fəxri Fərman, qiymətli hədiyyələr və pul mükafatı təqdim edib. Digər yer tutan komandalar da müvafiq hədiyyələrlə mükafatlandırılıblar.

Elçin İSMAYIL
Facebook-da paylaş