• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, tezliklə hər bir məcburi köçkünün doğma el-obasına dönəcəyinə, əvvəlkindən daha yaxşı şəraitdə yaşayacağına inamımız böyükdür”


Babək Vəliyev və Behbud Musayevdən, 

Müzəffər Ali Baş Komandan.

Müqəddəs torpaqlarımız uğrunda apardığımız 44 günlük Vətən müharibəsi Azərbaycanı və onun Müzəffər Ali Baş Komandanını bütün dünyaya daha yaxından tanıtmışdır.

Bu Zəfərin ardınca işğaldan azad edilən ərazilərdə həyata keçirilən quruculuq işləri qəlbimizi riqqətə gətirir. Tezliklə hər bir məcburi köçkünün doğma el-obasına dönəcəyinə, əvvəlkindən daha yaxşı şəraitdə yaşayacağına inamımız böyükdür. Bununla yanaşı, bölgələrdə də abadlıq-quruculuq işləri davam etdirilir. Qələbədən sonra müşahidə olunan canlanma və ruh yüksəkliyi bizim Qazax şəhərində də öz əksini tapmışdır. Vətəndaşların problemlərinin həlli istiqamətində mühüm işlər görülür. Məskunlaşdığımız küçədəki bütün evlər bu günlərdə içməli su ilə fasiləsiz təmin olunmuşdur.

Cənab Prezident, ölkəmizdə əhalinin problemlərinin həllinə diqqətlə yanaşıldığı üçün Sizə və ailənizə Qazax şəhərinin sakinləri və burada məskunlaşmış keçmiş məcburi köçkün ailələri adından təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Babək Vəliyev,
Behbud Musayev,
Azərbaycan Respublikası, Qazax şəhəri
4 iyun 2022-ci il



Facebook-da paylaş