• Təqvim

  • Maraq



Ötən gün dünyasını dəyişən şəhid atası doğulduğu Qazax rayonunun Çaylı kənd qəbiristanlığında torpağa tapşırılıb


Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata əsasən martın 29-da saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci kilometrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi "Mercedes-Benz Sprinter” markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi "Volvo” markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. Hadisə zamanı ölən və yaralananlar var.

Ötən gün baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qəza nəticəsində mikroavtobusda dünyasını dəyişən sərnişinlərdən bir nəfəri Vətən müharibəsi şəhidi, leytenant Murad Nağıyevin atası Mayıl Nağıyevdir.

Martın 30-da şəhidimizin atası doğulub boya-başa çatdığı Çaylı kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov, İctimai Birliyin İdarə Heyətinin üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov mərhum Mayıl Nağıyevin vəfatından kədərləndiyini bildirib, qazaxlı ziyalılar və rayon ictimaiyyəti adından ailəsinə dərin hüznlə başsağlığı verib, bu ağır günlərdə Tanrıdan onlara səbir, dözüm, dəyanət diləyib.

 

GOYEZEN.AZ



Facebook-da paylaş