• Təqvim

  • Maraq



Həmyerlimiz, Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevin anası Leyla xanım Vəkilova dünyasını dəyişib


Həmyerlimiz Müdafiə Nazirinin müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-leytenant Kərim Vəliyevin anası Leyla xanım Vəkilova dünyasını dəyişib.

Generalın anası Leyla xanım Vəkilova Amerika Birləşmiş Ştatlarında yaşayan qızının yanında yaşayıb və orada dünyasını dəyişib. Dünyada yaşanan pandemiya səbəbindən mərhum Leyla xanımın nəşini doğma vətəni Azərbaycana gətimək mümkün olmadığından ABŞ-da müsəlman adəti ilə dəfn edilib.

Qeyd edək ki, Leyla xanım Vəkilovanın atası polkovnik Kərim ağa Vəkilov Xalq şairi Səməd Vurğunun əmisi oğludur. Leyla xanımın həyat yoldaşı, general-leytenant Kərim Vəliyevin atası Tofiq Vəliyev isə uzun müddət Zaqatala rayonunun prokuroru vəzifəsində çalışıb.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və icra aparatının kollektivi, "Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov və birliyin üzvləri, rayon ictimaiyyəti, ziyalılar adından general-leytenant Kərim Vəliyevə anası Leyla xanım Vəkilovanın dünyasını dəyişməsilə əlaqədar dərin hüznlə başsağlığı verir, bu çətin günlərdə yaxınlarına səbr, dözüm diləyirik.

Allah rəhmət eləsin!

GOYEZEN.AZ



Facebook-da paylaş