Xalq şairi Osman Sarıvəllinin oğlu Babək Qurbanov doğulduğu İkinci Şıxlıda torpağa tapşırılıb - FOTOLAR
Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin Türkiyədə yaşayan, uzun illərdir Türkiyənin Qaziantəp Universitetində elmi fəaliyyətlə məşğul olan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi bu gün ata yurdu olan Qazax rayonuna gətirilərək İkinci Şıxlı kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayon ağsaqqalları, ziyalılar, mərhumun yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dəfn mərasimində çıxış edərək qayğıkeşliyi və xeyirxahlığı, yüksək mənəviyyatı və ziyalılığı ilə seçilən Babək Qurbanovun vəfatından kədərləndiyini bildirib və ailəsinə dərin hüznlə başsağlığı verib. Dəyərli insana Allahdan rəhmət, yaxınlarına isə səbir diləyib.
Sonra dəfn mərasimində iştirak edən ziyalılar, kənd ağsaqqalları Xalq şairi Osman Sarıvəlli, oğlu Babək Qurbanov haqqında xatiərlərini bölüşüblər. Bütün ziyalılar adından Babək Qurbanovun vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib və Allahdan rəhmət diləyiblər.
Ruhuna dualar oxunub, cənazə namazı qılındıqdan sonra dəyərli ziyalımız dədə-baba yurdu İkinci Şıxlı kəndində atası Osman Sarıvəllinin və anası Səyalı xanımın yanında dəfn olunub. Babək Qurbanovun ölümü Qazax eli, eləcə də Şıxlı camaatı üçün böyük itkidir.
Allah rəhmət eləsin.
Facebook-da paylaş