Qazaxda xalq şairi Osman Sarıvəllinin məzarı ziyarət olunub
Xalq şairi Osman Sarıvəllinin doğum günü yaxınlaşır. Bu münasibətlə rayonda tədbir keçirilməsi nəzərdə tutulub və artıq bu istiqamətdə bir sıra işlərin görülməsinə başlanılıb.
Bu gün Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Osman Sarıvəllinin məzarını ziyarət etmək üçün şairin dəfn olunduğu II Şıxlı kənd qəbiristanlığına gəlib. AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal O.Sarıvəllinin yaradıcılığı barədə danışıb, şairin öz vəsiyyətinə uyğun olaraq doğulduğu kənddə dəfn olunduğunu bildirib.
İcra Başçısı xalq şairinin qəbrinin və ətrafının əsaslı şəkildə təmir edilməsinə ehtiyac olduğunu qeyd edib. Məzarın təmir olunub yüksək səviyyəyə çatdırılması üçün tapşırıqlar verib.
Rəcəb Babaşov eyni zamanda şair Eldar Nəsiblinin qəbrini də ziyarət edib.
Facebook-da paylaş