Azərbaycanın Xalq şairi Osman Sarıvəllinin
Türkiyədə yaşayan, uzun illərdir Türkiyənin Qaziantəp Universitetində elmi
fəaliyyətlə məşğul olan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü,
professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi bu gün ata yurdu olan
Qazax rayonuna gətirilərək İkinci Şıxlı kənd qəbiristanlığında torpağa
tapşırılıb.
Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, rayon ağsaqqalları,
ziyalılar, mərhumun yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov dəfn mərasimində çıxış edərək qayğıkeşliyi və xeyirxahlığı,
yüksək mənəviyyatı və ziyalılığı ilə seçilən Babək Qurbanovun vəfatından kədərləndiyini bildirib və ailəsinə dərin hüznlə başsağlığı verib. Dəyərli
insana Allahdan rəhmət, yaxınlarına isə səbir diləyib.
Sonra
dəfn mərasimində iştirak edən ziyalılar, kənd ağsaqqalları Xalq şairi Osman
Sarıvəlli, oğlu Babək Qurbanov haqqında xatiərlərini bölüşüblər. Bütün ziyalılar adından
Babək Qurbanovun vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına dərin hüznlə
başsağlığı verib və Allahdan rəhmət diləyiblər.
Ruhuna dualar oxunub, cənazə namazı qılındıqdan sonra dəyərli ziyalımız dədə-baba
yurdu İkinci Şıxlı kəndində atası Osman Sarıvəllinin və anası Səyalı xanımın
yanında dəfn olunub. Babək Qurbanovun ölümü Qazax eli, eləcə də Şıxlı camaatı
üçün böyük itkidir.
Allah rəhmət eləsin.