Əsas Səhifə > Manşet / Şəhidlər > Ötən gün dünyasını dəyişən şəhid atası doğulduğu Qazax rayonunun Çaylı kənd qəbiristanlığında torpağa tapşırılıb
Ötən gün dünyasını dəyişən şəhid atası doğulduğu Qazax rayonunun Çaylı kənd qəbiristanlığında torpağa tapşırılıb30-03-2022, 18:06 |
|
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata əsasən martın 29-da saat 11:50 radələrində Bakı-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən 450-ci kilometrində Gəncə şəhər sakini 1989-cu il təvəllüdlü Həsənov Vüsal Asif oğlunun idarə etdiyi "Mercedes-Benz Sprinter” markalı, 20-EE-929 dövlət qeydiyyat nişanlı mikroavtobusla onunla eyni istiqamətdə hərəkətdə olan Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü Hüseynov Fərrux Həsən oğlunun idarə etdiyi "Volvo” markalı, 99-JZ-335 dövlət qeydiyyat nişanlı yük avtomobili toqquşub. Hadisə zamanı ölən və yaralananlar var. Ötən gün baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qəza nəticəsində mikroavtobusda dünyasını dəyişən sərnişinlərdən bir nəfəri Vətən müharibəsi şəhidi, leytenant Murad Nağıyevin atası Mayıl Nağıyevdir. Martın 30-da şəhidimizin atası doğulub boya-başa çatdığı Çaylı kənd qəbiristanlığında torpağa tapşırılıb. |