Vətəndaş məktubundan: “Cənab Prezident, xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm”
Sahilə
Orucovadan, Möhtərəm
Prezident, Müzəffər Ali Baş Komandan. Tariximizə qızıl
hərflərlə yazılmış Vətən müharibəsində Sizin başçılığınız altında
xalqımızın əldə etdiyi parlaq Qələbə nəticəsində torpaqlarımız düşmən
tapdağından azad edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa
olunmuşdur. Sizin ətrafınızda "dəmir yumruq” kimi birləşən
xalqımızın övladları mənfur düşmənlə mübarizədə qanlarından, canlarından
keçərək şəhid və qazi kimi ali mərtəbələrə yüksəlmiş, xalqımızın qürur yerinə
çevrilmişlər. Cənab Prezident, Sizin vətənpərvərliyiniz,
torpağımızın hər bir qarışına, hər bir vətəndaşa, xüsusilə şəhid və qazilərə,
onların ailələrinə göstərdiyiniz ehtiram, diqqət və qayğı bütün Azərbaycan
vətəndaşları üçün örnək rolunu oynayır. Bu gün respublikamızın bütün bölgələrində dövlət məmurlarından
tutmuş sadə vətəndaşlaradək xalqımızın bütün nümayəndələri şəhid və qazi
ailələrini, onların problemlərini diqqət mərkəzində saxlayır, səlahiyyətləri və
imkanları çərçivəsində vətənimizin azadlığı və ərazi bütövlüyünün təmin
edilməsində mühüm xidmətləri olan bu insanları qayğı ilə əhatə etməyə
çalışırlar. Möhtərəm Prezident, respublikamızın digər bölgələri
kimi, yüzlərlə şəhid və qazisi olan Qazax rayonunda da canlarını və
sağlamlıqlarını Vətən torpaqlarının azadlığı uğrunda fəda etmiş şəxslər,
onların ailələri diqqət və qayğı ilə əhatə olunmuşdur. Şəhidlərin xatirələrinin
əbədiləşdirilməsi, habelə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə
olunması məqsədilə Qazax şəhərindəki Daş Salahlı və Yuxarı Salahlı
kəndlərindəki Şəhidlər xiyabanları əsaslı təmir edilmiş, Vətən müharibəsi
şəhidlərinə xatirə lövhələri qoyulmuş, bulaqlar salınmışdır. Möhtərəm Prezident, xalqımızın və dövlətimizin
mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Dərin hörmətlə, Orucova Sahilə Musa qızı Qazax rayonu Çaylı kənd məscidinin dini icmasının
sədri Azərbaycan
Respublikası, Qazax rayonu, Çaylı kəndi. 24 dekabr 2021-ci il
Facebook-da paylaş