Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm”
“Cənab Prezident, xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm”24-12-2021, 19:07 |
Sahilə Orucovadan, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan. Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsində Sizin başçılığınız altında xalqımızın əldə etdiyi parlaq Qələbə nəticəsində torpaqlarımız düşmən tapdağından azad edilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Sizin ətrafınızda "dəmir yumruq” kimi birləşən xalqımızın övladları mənfur düşmənlə mübarizədə qanlarından, canlarından keçərək şəhid və qazi kimi ali mərtəbələrə yüksəlmiş, xalqımızın qürur yerinə çevrilmişlər. Cənab Prezident, Sizin vətənpərvərliyiniz, torpağımızın hər bir qarışına, hər bir vətəndaşa, xüsusilə şəhid və qazilərə, onların ailələrinə göstərdiyiniz ehtiram, diqqət və qayğı bütün Azərbaycan vətəndaşları üçün örnək rolunu oynayır. Bu gün respublikamızın bütün bölgələrində dövlət məmurlarından tutmuş sadə vətəndaşlaradək xalqımızın bütün nümayəndələri şəhid və qazi ailələrini, onların problemlərini diqqət mərkəzində saxlayır, səlahiyyətləri və imkanları çərçivəsində vətənimizin azadlığı və ərazi bütövlüyünün təmin edilməsində mühüm xidmətləri olan bu insanları qayğı ilə əhatə etməyə çalışırlar. Möhtərəm Prezident, respublikamızın digər bölgələri kimi, yüzlərlə şəhid və qazisi olan Qazax rayonunda da canlarını və sağlamlıqlarını Vətən torpaqlarının azadlığı uğrunda fəda etmiş şəxslər, onların ailələri diqqət və qayğı ilə əhatə olunmuşdur. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi, habelə gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə Qazax şəhərindəki Daş Salahlı və Yuxarı Salahlı kəndlərindəki Şəhidlər xiyabanları əsaslı təmir edilmiş, Vətən müharibəsi şəhidlərinə xatirə lövhələri qoyulmuş, bulaqlar salınmışdır. Möhtərəm Prezident, xalqımızın və dövlətimizin mənafeyini hər şeydən üstün tutduğunuz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Dərin hörmətlə, Orucova Sahilə Musa qızı Qazax rayonu Çaylı kənd məscidinin dini icmasının sədri Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi. 24 dekabr 2021-ci il Geri qayıt |