Vətəndaş məktubundan: “Cənab Prezident, həyata keçirdiyiniz tədbirlər hər bir vətəndaşda ölkəmizi daha parlaq gələcəyin gözlədiyi əminliyini yaradır”
Maksim Kazımovdan, Hörmətli
cənab Prezident. Vətən
müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində doğma Qarabağımızın
işğaldan azad edilməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Düşmən
Sizin dəmir yumruğunuzdan qorxaraq geri çəkilmək məcburiyyətində qaldı. Bütün
dünya Sizin möhkəm iradənizi, qətiyyətinizi, Azərbaycan xalqının gücünü,
birliyini gördü. Müzəffər Ali
Baş Komandan, Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar, xalqımızın
rifahının yaxşılaşması, regionlarımızın abadlaşması, xüsusilə də işğaldan azad
edilmiş ərazilərimizdə aparılan yenidənqurma işləri böyük rəğbətlə qarşılanır.
Həyata keçirdiyiniz tədbirlər hər bir vətəndaşda ölkəmizi daha parlaq gələcəyin
gözlədiyi əminliyini yaradır. Sizə uzun
ömür, cansağlığı, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm. Hörmətlə, Maksim
Kazımov, Azərbaycan
Respublikası, Qazax rayonu.
Facebook-da paylaş