Vətəndaş məktubundan: “Cənab Prezident, 44 günlük müharibədə Sizin qətiyyətinizi və müdrik siyasətinizin uğurunu bütün dünya gördü və qəbul etdi”
İman Bənnayevdən, Möhtərəm
Prezident, Müzəffər Ali Baş Komandan. Sizin
rəhbərliyinizlə Müzəffər Ordumuzun 44 günlük müharibədə qazandığı Qələbə, Sizin
44 günlük müharibə dövründə ermənipərəst xarici jurnalistlərə verdiyiniz
cavablar, Qələbə Paradı və son günlərdə düşməndən ələ keçirilmiş hərbi
texnikanın qənimət parkı kimi istifadəyə verilməsi, hərbçilər və xarici
qonaqlar qarşısındakı çıxışınız bir qazi kimi məni də çox qürurlandırdı və sevindirdi. Möhtərəm
Prezident, Sizin qətiyyətinizi və müdrik siyasətinizin uğurunu bütün dünya
gördü və qəbul etdi. Azərbaycanın
ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş qazilər, şəhid ailələri və
müharibə veteranları Sizinlə qürur duyur. Bizlərə göstərilən diqqət və qayğıya,
qarşılaşdığımız problemlərin dərhal həll edildiyinə görə Sizə minnətdarıq. Allah Sizi,
ailə üzvlərinizi və Azərbaycanımızı qorusun. Hörmətlə, İman
Bənnayev II qrup
Qarabağ müharibəsi əlili Azərbaycan Respublikası, Qazax rayonu.
Facebook-da paylaş