Əsas Səhifə > Rəsmi > “Cənab Prezident, 44 günlük müharibədə Sizin qətiyyətinizi və müdrik siyasətinizin uğurunu bütün dünya gördü və qəbul etdi”
“Cənab Prezident, 44 günlük müharibədə Sizin qətiyyətinizi və müdrik siyasətinizin uğurunu bütün dünya gördü və qəbul etdi”21-04-2021, 13:27 |
İman Bənnayevdən, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan. Sizin rəhbərliyinizlə Müzəffər Ordumuzun 44 günlük müharibədə qazandığı Qələbə, Sizin 44 günlük müharibə dövründə ermənipərəst xarici jurnalistlərə verdiyiniz cavablar, Qələbə Paradı və son günlərdə düşməndən ələ keçirilmiş hərbi texnikanın qənimət parkı kimi istifadəyə verilməsi, hərbçilər və xarici qonaqlar qarşısındakı çıxışınız bir qazi kimi məni də çox qürurlandırdı və sevindirdi. Möhtərəm Prezident, Sizin qətiyyətinizi və müdrik siyasətinizin uğurunu bütün dünya gördü və qəbul etdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş qazilər, şəhid ailələri və müharibə veteranları Sizinlə qürur duyur. Bizlərə göstərilən diqqət və qayğıya, qarşılaşdığımız problemlərin dərhal həll edildiyinə görə Sizə minnətdarıq. Allah Sizi, ailə üzvlərinizi və Azərbaycanımızı qorusun. Hörmətlə, İman Bənnayev II qrup Qarabağ müharibəsi əlili Azərbaycan Respublikası, Qazax rayonu. Geri qayıt |