Vətəndaş məktubundan: “Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmiz dünya miqyasında nüfuzlu dövlətə çevrilib”
Hürü Mirzəliyevadan, Hörmətli
cənab Prezident. Qırx dörd
günlük müharibədə mənfur düşmən üzərində qazandığımız tarixi Qələbəyə görə Sizə
minnətdarıq. Dədə-baba torpaqlarımız məhz Sizin sayənizdə işğaldan azad edildi.
Sizin sayənizdə bu gün həmin ərazilərimizdə Azərbaycan bayrağı qürurla
dalğalanır. Əziz
Prezidentimiz, müharibənin davam etdiyi çətin vaxtlarda Siz bizim
sağlamlığımızı düşünərək pandemiyaya qarşı mübarizə istiqamətində də qətiyyətli
addımlar atdınız. Siz hər zaman vətəndaşlarımıza qayğı ilə yanaşır, onların
problemlərinin həllini diqqətdə saxlayırsınız. Biz Sizi çox sevirik və Sizinlə
qürur duyuruq. Cənab
Prezident, Sizin rəhbərliyinizlə ölkəmiz böyük uğurlar qazanıb, dünya
miqyasında nüfuzlu dövlətə çevrilib. Əminik ki, bu uğurlar gələcəkdə də davam
edəcək. Biz hər zaman Sizin müdrik siyasətinizi dəstəkləyəcəyik. Ulu Tanrı
Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür versin. Hörmətlə, Hürü Mirzəliyeva Azərbaycan
Respublikası, Qazax rayonu, Çaylı kəndi 4 may 20201-ci il
Facebook-da paylaş