Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmiz dünya miqyasında nüfuzlu dövlətə çevrilib”

“Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmiz dünya miqyasında nüfuzlu dövlətə çevrilib”


4-05-2021, 15:38


Hürü Mirzəliyevadan, 

Hörmətli cənab Prezident.

Qırx dörd günlük müharibədə mənfur düşmən üzərində qazandığımız tarixi Qələbəyə görə Sizə minnətdarıq. Dədə-baba torpaqlarımız məhz Sizin sayənizdə işğaldan azad edildi. Sizin sayənizdə bu gün həmin ərazilərimizdə Azərbaycan bayrağı qürurla dalğalanır.

Əziz Prezidentimiz, müharibənin davam etdiyi çətin vaxtlarda Siz bizim sağlamlığımızı düşünərək pandemiyaya qarşı mübarizə istiqamətində də qətiyyətli addımlar atdınız. Siz hər zaman vətəndaşlarımıza qayğı ilə yanaşır, onların problemlərinin həllini diqqətdə saxlayırsınız. Biz Sizi çox sevirik və Sizinlə qürur duyuruq.

Cənab Prezident, Sizin rəhbərliyinizlə ölkəmiz böyük uğurlar qazanıb, dünya miqyasında nüfuzlu dövlətə çevrilib. Əminik ki, bu uğurlar gələcəkdə də davam edəcək. Biz hər zaman Sizin müdrik siyasətinizi dəstəkləyəcəyik.

Ulu Tanrı Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür versin.

Hörmətlə,

Hürü Mirzəliyeva

Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi

4 may 20201-ci il


Geri qayıt