Vətəndaş məktubundan: “Cənab Prezident, Vətən müharibəsində qazandığımız böyük Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm”
Gündüz Tağıyevdən, Hörmətli cənab Prezident. Vətən müharibəsində
qazandığımız böyük Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Fəxr edirəm
ki, mən də hərbi qulluqçu kimi 14 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət etmişəm. Sizin sayənizdə şəhid və qazi ailələri
dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Mən hər zaman Ulu Öndər Heydər Əliyevin siyasətini həmişə dəstəkləmişəm. Hazırda isə onun
layiqli davamçısı kimi, Sizin uzaqgörən və müdrik siyasətinizi dəstəkləyirəm. Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatları, o
cümlədən kadr islahatlarını dəstəkləyirəm. Cənab Prezident, ölkəmizin davamlı inkişafı, aztəminatlı
ailələrin rifahının yaxşılaşdırılması üçün görülən işlərə görə Sizə və Mehriban
xanıma təşəkkürümü bildirirəm. Cənab Prezident, Sizə uzun ömür,
cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. Hörmətlə, Gündüz Tağıyev Hərbçi Azərbaycan Respublikası, Qazax rayonu. 12
aprel 2021-ci il
Facebook-da paylaş