Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, Vətən müharibəsində qazandığımız böyük Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm”

“Cənab Prezident, Vətən müharibəsində qazandığımız böyük Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm”


12-04-2021, 14:58


Gündüz Tağıyevdən, 

Hörmətli cənab Prezident.

Vətən müharibəsində qazandığımız böyük Qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Fəxr edirəm ki, mən də hərbi qulluqçu kimi 14 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət etmişəm.

Sizin sayənizdə şəhid və qazi ailələri dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Mən hər zaman Ulu Öndər Heydər Əliyevin siyasətini həmişə dəstəkləmişəm. Hazırda isə onun layiqli davamçısı kimi, Sizin uzaqgörən və müdrik siyasətinizi dəstəkləyirəm. Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatları, o cümlədən kadr islahatlarını dəstəkləyirəm.

Cənab Prezident, ölkəmizin davamlı inkişafı, aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması üçün görülən işlərə görə Sizə və Mehriban xanıma təşəkkürümü bildirirəm.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətlə,

Gündüz Tağıyev

Hərbçi

Azərbaycan Respublikası, Qazax rayonu.

12 aprel 2021-ci il


Geri qayıt