Əsas Səhifə > Manşet / Rəsmi > Vətəndaş məktubundan:

Vətəndaş məktubundan:


19-05-2021, 17:16


Maksim Kazımovdan, 

Hörmətli cənab Prezident.

Vətən müharibəsində qazandığımız tarixi Qələbə nəticəsində doğma Qarabağımızın işğaldan azad edilməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Düşmən Sizin dəmir yumruğunuzdan qorxaraq geri çəkilmək məcburiyyətində qaldı. Bütün dünya Sizin möhkəm iradənizi, qətiyyətinizi, Azərbaycan xalqının gücünü, birliyini gördü.

Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyinizlə həyata keçirilən islahatlar, xalqımızın rifahının yaxşılaşması, regionlarımızın abadlaşması, xüsusilə də işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işləri böyük rəğbətlə qarşılanır. Həyata keçirdiyiniz tədbirlər hər bir vətəndaşda ölkəmizi daha parlaq gələcəyin gözlədiyi əminliyini yaradır.

Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

Hörmətlə,

Maksim Kazımov,

Azərbaycan Respublikası, Qazax rayonu.


Geri qayıt