• Təqvim

  • Maraq



Vətəndaş məktubundan: “Sizin kimi humanist, Vətənini və xalqını sevən Prezidentimizin olması ilə qürur duyuruq”


Məqsəd Nağıyevdən, 

Hörmətli cənab Prezident.

Sizin xalqımızın sosial rifahının yüksəldilməsi istiqamətində atdığınız addımlar çox sevindirici və fərəhləndiricidir. Vətəndaşların problemlərinin həllinə xüsusi önəm verməyiniz, müraciətlərinə həssas yanaşmağınız onlara göstərdiyiniz diqqət və qayğının əyani təsdiqidir.

Möhtərəm Prezident, ölkəmizin gündən-günə inkişaf etməsi, əhalinin həyat şəraitinin yaxşılaşması Sizin uzaqgörən siyasətinizin, həyata keçirdiyiniz hərtərəfli islahatların nəticəsidir. Gördüyünüz bütün işlərin dövlətimizin və xalqımızın parlaq gələcəyinə xidmət etdiyini görür və bunu alqışlayırıq. Biz Sizin siyasətinizi daim dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik. Sizin kimi humanist, Vətənini və xalqını sevən Prezidentimizin olması ilə qürur duyuruq.

Cənab Prezident, xalqa göstərdiyiniz qayğıya görə çox sağ olun. Sizə möhkəm cansağlığı, uzun ömür, yorulmaz fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Məqsəd Nağıyev

Azərbaycan Respublikası, Qazax rayonu, Çaylı kəndi. 

30 avqust 2021-ci il



Facebook-da paylaş