• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş yazır: Sizin qətiyyətli və mütəşəkkil fəaliyyətiniz sayəsində bu gün ölkəmizin ən ucqar kəndlərində belə insanlara qayğı ilə yanaşılır


Möhtərəm cənab Prezident.

Vətənini, millətini sevən hər kəs dünya ölkələrinin iqtisadi cəhətdən böhran keçirdiyi bir vaxtda koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması ilə əlaqədar həyata keçirilən tədbirlərə, xalqa möhtəşəm dəstəyiniz və yardımınıza görə Sizə "Çox sağ ol!” deyir. Sizin təşkilatçılıq bacarığınız, hər zaman insan amilinə önəm verməyiniz xalqımız tərəfindən yüksək dəyərləndirilir. Sizin qətiyyətli və mütəşəkkil fəaliyyətiniz sayəsində bu gün ölkəmizin ən ucqar kəndlərində belə insanlara qayğı ilə yanaşılır. Vətəndaşların qarşılaşdıqları problemlərin həll edilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilir. Bu gün uğurlu kadr islahatlarınız sayəsində insanlarla müvafiq icra hakimiyyəti orqanları arasında olan ünsiyyət problemi aradan qaldırılıb. Hər kəs qarşılaşdığı çətinliklə bağlı müraciət edir. Problemlər öz həllini tapır. Vətəndaş onu dinləməyi bacaran, öz işinin məsuliyyətini dərk edən, vicdanlı məmurlarla qarşılaşır. Bu amil bizim dövlətimizə və onun gələcəyinə olan inamımızı daha da artırır. Qazax rayonu Xanlıqlar kəndi S.Vurğun küçəsinin sakinlərinin 50-60 ildir ki, qarşılaşdığı tullantı sularının axıdılması problemi də öz həllini tapmışdır.

Cənab Prezident, xalqımız üçün gördüyünüz işlərə görə Sizə kənd sakinləri adından dərin təşəkkürümüzü bildirir, uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

Əliyev Orxan Fazil oğlu

Azərbaycan Respublikası, Qazax rayonu, Xanlıqlar kəndi.

29 may 2020-ci il



Facebook-da paylaş