• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaş məktubundan: “Cənab Prezident, Azərbaycan xalqı Sizinlə qürur duyur!”


Ələddin Əlləzovdan,

Möhtərəm cənab Prezident,

Xalqımızın 30 illik Qarabağ həsrətinə Sizin qətiyyətiniz, müdrik siyasətiniz, Ali Baş Komandan kimi mahir sərkərdəlik bacarığınız sayəsində son qoyuldu. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası xalqımızın Sizə olan məhəbbətini və inamını daha da artırmışdır.

Əziz Prezidentimiz, Sizi "Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı arzulayıram.

Siz şəhid ailələrinə və qazilərə həmişə diqqət və qayğı göstərirsiniz. Sizin göstərdiyiniz bu diqqət və qayğının nəticəsi olaraq mənə müraciətim əsasında, özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvanlar verilmişdir. Bununla da mən öz təsərrüfatımı qurdum.

Əziz Prezidentimiz, Sizə minnətdaram. Azərbaycan xalqı Sizinlə qürur duyur!

Dərin hörmətlə,

Əlləzov Ələddin Əlləz oğlu, şəhid atası.

Azərbaycan Respublikası, Qazax rayonu, Yuxarı Salahlı kəndi.

24 noyabr 2021-ci il



Facebook-da paylaş