Vətəndaş məktubundan: “Cənab Prezident, Sizi Türk dünyasının ən ali mükafatına layiq görüldüyünüz üçün səmimi qəlbdən təbrik edir, uğurlarınızın davamlı olmasını diləyirəm”
Göyüş Osmanlıdan, Möhtərəm cənab Prezident, Müzəffər Ali
Baş Komandan, Sizi Türk dünyasının ən ali mükafatına
layiq görüldüyünüz üçün səmimi qəlbdən təbrik edir, uğurlarınızın davamlı olmasını
diləyirəm. Sizə uzun ömür, cansağlığı və görəcəyiniz bütün işlərdə
müvəffəqiyyətlər arzulayıram. Əminliklə söyləyə bilərəm ki, Azərbaycan
xalqı keçirdiyiniz demokratik islahatları dəstəkləyir və bundan ilham alır. Uca Allahdan Sizə və ailənizə xoşbəxt
ömür arzu edirəm. Hörmətlə, Osmanlı Göyüş Həsən oğlu Azərbaycan Respublikası, Qazax rayonu,
Daş Salahlı kəndi. 16 noyabr 2021-ci il
Facebook-da paylaş