Vətəndaş məktubundan: “Cənab Prezident, bizim sağlamlığımıza göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm”
Mikayıl Abbasovdan, Cənab
Prezident, Müzəffər Ali Baş Komandan. Sizin müharibə iştirakçılarının sağlamlığı, onların
sosial problemlərinin həlli ilə bağlı həyata keçirdiyiniz tədbirləri
minnətdarlıqla qarşılayırıq. Qarabağ müharibəsinin iştirakçısı kimi mən də bu
günlərdə Sizin diqqət və qayğınızı öz üzərimdə hiss etdim. Sizə müraciətimdən
sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən
keçirildim. Bizim sağlamlığımıza göstərdiyiniz diqqətə görə Sizə təşəkkür
edirəm. Hörmətli Prezident, Sizə uzun ömür, cansağlığı,
fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Hörmətlə, Mikayıl Abbasov, Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Respublikası, Qazax rayonu
Facebook-da paylaş