Əsas Səhifə > Manşet / Rəsmi > “Cənab Prezident, bizim sağlamlığımıza göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm”

“Cənab Prezident, bizim sağlamlığımıza göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm”


20-08-2021, 12:21


Mikayıl Abbasovdan, 

Cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizin müharibə iştirakçılarının sağlamlığı, onların sosial problemlərinin həlli ilə bağlı həyata keçirdiyiniz tədbirləri minnətdarlıqla qarşılayırıq. Qarabağ müharibəsinin iştirakçısı kimi mən də bu günlərdə Sizin diqqət və qayğınızı öz üzərimdə hiss etdim. Sizə müraciətimdən sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçirildim. Bizim sağlamlığımıza göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edirəm.

Hörmətli Prezident, Sizə uzun ömür, cansağlığı, fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətlə,

Mikayıl Abbasov,

Birinci Qarabağ müharibəsinin iştirakçısı,

Azərbaycan Respublikası, Qazax rayonu


Geri qayıt