İcra başçısı şəhid Məmməd Mərdanovun ailəsini ziyarət edib
Mərdanov Məmməd Ələddin oğlu 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bu gün isə uca bir məqama – Şəhidlik zivəsinə yüksəlib. M.Mərdanov 22 sentyabr 2021-ci il tarixində Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək şəhid olub. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qazaxda bütün şəhid ailələri kimi, Məmməd Mərdanovun ailəsi də dövlətin, ölkə başçısının və rayon rəhbərliyinin qayğısı ilə əhatə olunub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində şəhidimizin evində olub, ailəsinə baş çəkib. İgid Vətən oğluna Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib.
Şəhid atası Əlləddin Mərdanov oğlu ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə razılığını bildirərək ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını Məmmədin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Məlumat üçün qeyd edək ki, şəhidimizin 2 qız, 1 oğul övladı yadigar qalıb.
GOYEZEN.AZ
Facebook-da paylaş