Mərdanov Məmməd Ələddin oğlu 18 fevral 1988-ci ildə Qazax
rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bu gün isə uca bir məqama – Şəhidlik
zivəsinə yüksəlib. M.Mərdanov 22 sentyabr 2021-ci il tarixində Qazax rayonunun
Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək şəhid
olub. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar
kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qazaxda bütün şəhid ailələri
kimi, Məmməd Mərdanovun ailəsi də dövlətin, ölkə başçısının və rayon
rəhbərliyinin qayğısı ilə əhatə olunub.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb
Babaşov qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il bayramı ərəfəsində şəhidimizin evində olub, ailəsinə baş çəkib. İgid
Vətən oğluna Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib,
səmimi ürək sözlərini çatdırıb. Respublika Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra
başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib. Şəhid
ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini
qeyd edib.
Şəhid atası Əlləddin Mərdanov oğlu ilə fəxr etdiyini
bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət
diləyib. Şəhid
ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə razılığını bildirərək ölkə
Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon
rəhbərliyinə minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad
olunmasını Məmmədin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın
bariz nümunəsi kimi qiymətləndirib.
Məlumat üçün qeyd edək ki,
şəhidimizin 2 qız, 1 oğul övladı yadigar qalıb.
GOYEZEN.AZ
Geri qayıt
|