İcra başçısı Körpələr Evi-Uşaq bağçalarında olub, uşaqlara göstərilən qayğı ilə maraqlanıb
Bu gün sevindirici haldır ki, ölkəmizdə Ulu Öndər
Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva
tərəfindən uğurla davam etdirilir.
Uşaq və yeniyetmələrə, gənclərə göstərilən qayğı bu gün də dövlət
siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Xüsusilə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Uşaq evləri və
internat məktəblərinin inkişafı”, "Yeniləşən Azərbaycana yeni məktəb”, "Təhsilə
dəstək”, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin
inkişafında mühüm rol oynayır. Son illər respublikamızın bütün
bölgələrində yeni məktəblərin, körpələr
evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlar, həyata
keçirilən layihələr bunu deməyə əsas verir. Ölkə rəhbərinin regionlarda uşaq bağçalarının
tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra
edilir. Qazaxda uşaqlara göstərilən qayğının əyani sübutu bu gün rayonda mövcud
olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin
müasir tələblərə cavab verən səviyyədə olmasıdır. Təqdirəlayiq hal isə odur ki,
Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz
olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən
bağçalarda yaradılan şərait, nizam-intizam, uşaqlara verilən ərzaqların
keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizin bariz
nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Daş Salahlı kənd 2 saylı Uşaq
bağçasında və 3 saylı Körpələr Evi-Uşaq bağçasında olub. Körpələr üçün yaradılan şəraitlə, uşaqların
davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti,
keyfiyyəti ilə maraqlanan icra başçısı körpələrin hər cür qayğıya layiq
olduğunu bildirib. Rayon rəhbəri pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin
tələblərinə, bağçalarda təmizlik
və dezinfeksiya işlərinin aparılmasına, tibbi maskadan istifadəyə, hər gün işçi
heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına
ciddi şəkildə əməl edilməsinə, ərzaqların keyfiyyətinə diqqətin artırılmasını
qeyd edərək aidiyyatı üzrə lazımi tapşırıqlarını verib. Bağça müdirləri ölkəmizdə uşaqların sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə
başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik
etdikləri kollektiv və valideynlər adından minnətdarlıqlarını bildiriblər.
Uşaqlara göstərilən dövlət qayğısının valideynlər tərəfindən də razılıqla
qarşılandığını dilə gətiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara
göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini
çatdırıblar.
GOYEZEN.AZ
Facebook-da paylaş