İcra başçısı Körpələr Evi-Uşaq bağçalarında olub, uşaqlara göstərilən qayğı ilə maraqlanıb
Bu gün tam əminliklə deyə bilərik ki, ölkəmizdə Ulu
Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş uşaq siyasəti ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident
Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Uşaq və yeniyetmələrə, gənclərə göstərilən
dövlət qayğısı bir daha onu sübut edir ki, bu sahə dövlət siyasətinin prioritet
istiqamətlərindən biridir. Xüsusilə də Birinci vitse-prezident,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə
reallaşdırılan "Uşaq evləri və internat məktəblərinin inkişafı”, "Yeniləşən Azərbaycana
yeni məktəb”, "Təhsilə dəstək”, "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı”
və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. Son illər respublikamızın
bütün bölgələrində yeni məktəblərin,
körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlar,
həyata keçirilən layihələr də bunu deməyə əsas verir. Ölkə rəhbərinin regionlarda uşaq bağçalarının
tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra
edilir. Qazaxda uşaqlara göstərilən qayğının əyani sübutu bu gün rayonda mövcud
olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin
müasir tələblərə cavab verən səviyyədə olmasıdır. Təqdirəlayiq hal isə odur ki,
Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz
olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən
bağçalarda yaradılan şərait, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi
həssaslıqla yanaşılması bu dediklərimizin bariz nümunəsidir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov Aşağı Əskipara, Kosalar kənd 2 saylı
Körpələr Evi-Uşaq bağçasında və 3 saylı Uşaq bağçasında olub.
Körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə
olunmaları, ərzaq təminatının mövcud vəziyyəti, keyfiyyəti ilə maraqlanan icra
başçısı körpələrin hər cür qayğıya layiq olduğunu bildirib. Rayon rəhbəri Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin
tələblərinə, bağçalarda təmizlik
və dezinfeksiya işlərinin aparılmasına, tibbi maskadan istifadəyə, hər gün işçi
heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına
ciddi şəkildə əməl edilməsinə, ərzaqların keyfiyyətinə diqqətin artırılmasını qeyd
edərək aidiyyatı üzrə lazımi tapşırıqlarını verib. Bağça müdirləri ölkəmizdə uşaqların sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə
başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik
etdikləri kollektiv və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Uşaqlara
göstərilən dövlət qayğısının valideynlər tərəfindən də razılıqla qarşılandığını
dilə gətiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi
səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.
Aşağı Əskipara kənd Körpələr Evi-Uşaq bağçası Kosalar kənd 2 saylı Körpələr Evi-Uşaq bağçası Kosalar kənd 3 saylı Uşaq bağçası GOYEZEN.AZ
Facebook-da paylaş