• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı Dəmirçilər kənd Körpələr Evi-Uşaq bağçasında uşaqlara göstərilən qayğı ilə maraqlanıb


Ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaq və yeniyetmələrə, gənclərə göstərdiyi dövlət qayğısı onu deməyə əsas verir ki, bu sahə hər zaman prioritet sahələrdən biri olub. Bu gün hər birimiz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasətinin ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilməsinin şahidiyik ki, bu, son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlarda özünü aydın şəkildə göstərir.

Onu da əminliklə qeyd edə bilərik ki, ölkə rəhbərinin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Qazaxda da uğurla icra edilir. Qazaxda uşaqlara göstərilən diqqət və qayğının əyani sübutu bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılmasıdır. Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizin bariz nümunəsidir.


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Dəmirçilər kənd Körpələr Evi-Uşaq bağçasında olub. Körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti, keyfiyyəti ilə maraqlanıb. 

Rayon rəhbərliyi Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasına, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edilməsinə, ərzaqların keyfiyyətinə diqqətin artırılmasını bildirib.

Bağça müdiri Elnarə Qurbanova ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv və valideynlər adından minnətdarlığını bildirib. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürünü çatdırıb.

 

GOYEZEN.AZ



Facebook-da paylaş