İcra başçısı Körpələr Evi-Uşaq bağçalarında olub və uşaqlara göstərilən qayğı ilə maraqlanıb
Heç kəsə
sirr deyil ki, ölkəmizdə Respublika Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaq və yeniyetmələrə, gənclərə hərtərəfli dövlət qayğısı
göstərilir. Son illər ölkə başçısının rəhbərliyi
ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramlarının qəbul
edilməsi və bu istiqamətdə həyata keçirilən işlər bir daha sübut edir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil
edir. Ölkə rəhbərinin uşaqlara olan yüksək diqqət və
qayğısını körpə balalar haqqında söylədiyi fikirlər də aydın şəkildə özündə əks
etdirir. "Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi,
yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin
edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi,
habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması
bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin
layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının
dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”, - deyən ölkə başçısı
bu siyasətin uğurla davam etdirilməsi üçün var qüvvəsi ilə çalışır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasətinin
ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə
davam etdirilməsinin bariz nümunəsi son illər respublikamızın
bütün bölgələrində yeni məktəblərin,
körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlarda
da təzahür edir. Ölkə rəhbərinin regionlarda
uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr ölkəmizin
hər yerində olduğu kimi, Qazaxda da uğurla icra edilir. Rayonda uşaqlara
göstərilən diqqət və qayğının əyani sübutu yeni tikilən uşaq bağçalarının
sayının ildən-ilə artmasıdır. Rayonda mövcud olan 25 məktəbəqədər təhsil
müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən
səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Təqdirəlayiq
hal isə odur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu
kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək
səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, uşaqlara verilən
ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizin bariz
nümunəsidir. Bu gün Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov şəhər 3 və 6 saylı,
Kosalar kənd 1 və 2 saylı Körpələr Evi-Uşaq bağçalarında, Kosalar kənd 3 saylı Uşaq bağçasında olub. Körpələr üçün
yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq
təminatının mövcud vəziyyəti ilə maraqlanıb. Rayon rəhbərliyinə Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin
tələblərinə, bağçalarda təmizlik və
dezinfeksiya işlərinin aparılmasına, hər gün işçi heyətin və uşaqların
temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl
edildiyi bildirilib. Bağça müdirləri ölkəmizdə uşaqların sosial
müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə
başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik
etdikləri kollektivlər və valideynlər adından minnətdarlıqlarını bildiriblər.
Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə
görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar. Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçası
Qazax şəhər 6 saylı Körpələr Evi-Uşaq bağçası Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçası Kosalar kənd 2 saylı Körpələr Evi-Uşaq bağçası Kosalar kənd 3 saylı Uşaq bağçası GOYEZEN.AZ
Facebook-da paylaş