• Təqvim

  • Maraq



İcra başçısı Daş Salahlı kənd uşaq bağçalarında olub


Bu gün Azərbaycanda bütün sahələrlə yanaşı, uşaqlara olan diqqət və qayğı da dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Belə ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti bu gün də uğurla həyata keçirilir. Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı, ən əsası da respublikamızın bütün bölgələrində yeni-yeni körpələr evlərinin inşa olunaraq balaca fidanların istifadəsinə verilməsi bu dediklərimizin əyani sübutudur.

Ölkə rəhbərinin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı tədbirlər haqqında imzaladığı 12 fevral 2018-ci il tarixli sərəncamına əsasən respublikamızın hər yerində olduğu kimi, Qazaxda da məqsədyönlü işlər görülür. Rayonda uşaqlara göstərilən diqqət və qayğının əyani göstəricisi isə yeni tikilən uşaq bağçalarının sayının ildən-ilə artmasıdır. Rayonda mövcud olan 25 körpələr evi-uşaq bağçasından 20-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Ən son Qazaxbəyli kənd uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra istifadəyə verilməsi bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir. Rayonda bağça tikintisi ilə yanaşı, uşaqlara göstərilən diqqət və qayğıya, onlara verilən ərzaqların keyfiyyətinə də xüsusi həssaslıqla yanaşılır.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Daş Salahlı kəndində yerləşən 2 saylı uşaq bağçasında və 3 saylı körpələr evi-uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti ilə maraqlanıb. Bəzi tapşırıq və tövsiyələrini verib.

Bağça müdirləri və işçilər ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər. Rəhbər kimi təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.




GOYEZEN.AZ



Facebook-da paylaş