Qazaxda Vətən müharibəsi şəhidi Elşən Orucovun ildönümü qeyd olunub
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham
Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində 2020-ci ilin 27
sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər
sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz
xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının
iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız 44 günlük
müharibə Azərbaycan xalqının Vətənə olan bağlılığını, bir qarış torpaq üçün
gözünü qırpmadan canını fəda etməyə hazır olduğunu bir daha nümayiş etdirdi. 44
günlük haqq savaşında əldə etdiyimiz şanlı Qələbə həm də tarixi ədalətin bərpası
oldu. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri döyüş
meydanında göstərdikləri şücaətlə düşmənə layiqli yerini göstərməklə bərabər,
dövlətimizin və ordumuzun gücünü, qüdrətini də bütün dünyaya göstərdilər. Şəhid (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlu da döyüş
meydanında qəhrəmanlıq göstərərək Şəhidlik adlı uca zirvəyə yüksələn igid
oğullarımızdandır. Bu gün torpaqlarımızın ərazi bütövlüyü uğrunda canını
fəda edərək Şəhidlik zirvəsinə ucalmış Elşən Orucovun ata ocağında
ildönümü qeyd olunub, şəhidimizin ruhuna dua oxunub, əziz xatirəsi
ehtiramla yad edilib. Qəhrəman şəhidimizin təltif olunduğu "Cəbrayılın
azad olunmasına görə” medalı qızına təqdim olunub. İldönümü mərasimində Qazax Rayon İcra Hakimiyyətinin
məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə,
müəssisə və təşkilatların rəhbərləri, Milli Məclisin deputatı
Ülviyyə Ağayeva, köməkçisi Arzu Musayeva, Azərbaycan Respublikası
"Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri
İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin
sədrləri və üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Şəmistan Şahvələdov
adına Xanlıqlar kənd tam orta məktəbin müəllim və şagirdləri, Vətən
müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, şəhidimizin ailə
üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov şəhidimizə Allahdan
rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini
çatdırıb. Rayon rəhbəri qazandığımız tarixi Qələbəyə, 8 noyabrda qeyd
etdiyimiz Zəfər Gününə görə Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə,
qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb. "Şəhidlərimiz qanları ilə tarix yazdılar. Elşən
kimi qəhrəman oğullarımızın sayəsində 44 günlük Vətən müharibəsində 30 illik
işğala birdəfəlik son qoyuldu. Haqq-ədalət öz yerini tapdı. Qazandığımız şanlı
Zəfərdə Elşənin də payı var”, - deyən icra başçısı Vətən müharibəsində canlarını
torpaq üçün fəda edən bütün şəhidlərimiz kimi, Elşən Orucovun da Azərbaycan
xalqının, qazaxlıların qəlbində əbədi yaşayacağını qeyd edib. Bu gün Elşən kimi
qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın
fəxr etdiyini, hər bir azərbaycanlının qürur duyduğunu, şəhidlərimizi yad etməyin,
xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu olduğunu diqqətə çatdırıb. Respublika Prezidenti İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə,
qazilərimizə göstərdikləri qayğının hər kəsə örnək olduğunu bildirən icra
başçısı həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü söyləyib.
Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam
etdiriləcəyini qeyd edib. Milli Məclisin deputatı Ülviyyə Ağayeva şəhidimizə
Allahdan rəhmət, ailəsinə səbir diləyib. "Baş tacımız olan şəhidlərlə, Elşən
kimi oğullarla bütöv Azərbaycan fəxr edir. Şəhidlər tək ailələrinin deyil,
xalqın övladı, hər kəsin əzizidir”, - deyən millət vəkili Elşən Orucov kimi qəhrəmanlarımızla
qürur duyduğunu bildirib. ÖlkəPrezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə,
şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün
örnək olduğunu söyləyib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin
xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi
yaşayacaqlarını dilə gətirib. Şəhid anası Dürdanə
Orucova hər zaman onlara göstərilən
diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti
İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Övladının xatirəsinin daim yad olunmasını Elşənin
timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi
qiymətləndirib. Şəhid anası oğlu Elşən və onun kimi igid Vətən oğulları
ilə hər zaman fəxr edəcəyini söyləyib. (MAHHXHQ) əsgər Orucov Elşən Ehtiram oğlu Şəhid Elşən Orucov 6 avqust
1991-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdur. 1997-ci ildə
Qazax rayon Şəmistan Şahvələdov adına Xanlıqlar kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş,
2008-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2009-cu ildə Azərbaycan
Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax
Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmış, 2011-ci
ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2011-ci
ildən Azərbaycan Silahlı Qüvvələrinin "N”
saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi
xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başlamışdır.
"N” saylı hərbi hissəsinin 2-ci taborunun tank tağımının baş sürücü
mexaniki idi. Elşən Orucov hərb sahəsinə gəldiyi ilk gündən nümunəvi
xidmət göstərmiş, ona görə də xidmətə başladığı vaxtdan iki il keçməmiş
(24.06.2013) "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi
(1918-2013)" yubiley medalı ilə
təltif olunmuşdur. 26 iyun 2018-ci ildə isə sinəsinə "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı taxılmışdır.
Bu təltiflərə Elşən Orucov qüsursuz xidməti, nümunəvi olması və verilən
tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsi sayəsində layiq görülmüşdür. Elşən Orucov 04.11.2020-ci ildə Füzuli rayonu
istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına
şəhid olmuşdur. 6 noyabr 2020-ci ildə doğulduğu Qazax rayonunun Xanlıqlar kənd
qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. İki azyaşlı - Ehtiram adlı oğul, Ayla adlı qız övladı yadigar qalıb. GOYEZEN.AZ
İgid Vətən oğlunun döyüş meydanında göstərdiyi qəhrəmanlıq Ali Baş
Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Elşən Orucov
ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən "Şuşanın
azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif
olunmuşdur.
Facebook-da paylaş