• Təqvim

  • Maraq



İcra başçısı rayon prokuroru ilə birlikdə sərhəd kəndi olan Quşçu Ayrımda sakinlərin müraciətinə yerində baxıb


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Rayon Prokuroru Rauf Gözəlovla birlikdə sərhəd kəndi olan Quşçu Ayrımda bir qrup kənd sakini ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

"Sərhəddə yaşayan sakinlər hər cür diqqət və qayğıya layiqdir. Düşmən gülləsinin qabağında hər zaman mətin dayanan, öz ata-baba yurdlarını bir an olsun belə tərk etməyən bu cür insanlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun borcudur”, - deyən rayon rəhbəri həmişə olduğu kimi, bundan sonra da onların yanında olacağını bildirib. İcra başçısı rayonun sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm, Fərəhli, CəfərliBala Cəfərli kəndlərində yaşayan sakinlərin hər zaman qayğı ilə əhatə olunduqlarını və bu günə kimi onlar tərəfindən qaldırılan hər bir məsələyə həssaslıqla yanaşıldığını bildirib.

Ölkə başçısı İlham Əliyevin istər məcburi köçkün ailələrinə, istərsə də sərhəddə yaşayan insanlara göstərdiyi diqqət və qayğıdan söz açan rayon rəhbəri bu amilin Qazaxda da əsas götürüldüyünü vurğulayıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərini daim diqqətdə saxladığını, sakinlərlə mütəmadi olaraq görüşdüyünü diqqətə çatdırıb.


Kənd sakinləri ilə səmimi söhbət edən icra başçısı daha sonra onların qayğıları ilə maraqlanıb. Sakinlərin kənndə su təminatının yaxşılaşdırılması məqsədilə göldə qoyulmuş su nasosunun sıradan çıxması və təmir olunması ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri məsələnin qısa bir vaxtda aradan qaldırılmasını bildirib. Qeyd edilən məsələnin müsbət həll olunması istiqamətində Qazax Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilova aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib. Sakinlərin kənddaxili ara yollara çınqıl döşənməsi ilə bağlı istəyini dinləyən icra başçısı bu məsələyə də həssaslıqla yanaşılacağını söyləyib.


Rayon Prokuroru Rauf Gözəlov vətəndaşlara göstərilən yüksək dövlət qayğısına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. İstər ötən gün sakinlərlə olan görüşdə, istərsə də bugünkü görüşdə bunun bir daha şahidi olduğunu, məhz göstərilən bu qayğı sayəsində heç bir sosial problemin olmadığını, qaldırılan hər bir məsələnin həlli istiqamətində əməli işlər görüldüyünü qeyd edib.

Kənd sakinlərindən Dursun Mirzəyev, İbrahim Xəlil, Rəsul Rüstəmov və başqaları onlara göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayonda bütün sahələrdə vətəndaş amilinin əsas götürülməsinə, qaldırdıqları məsələlərin həlli istiqamətində görülmüş işlərə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər.

GOYEZEN.AZ



Facebook-da paylaş