Qazax: Cəbhəyanı kəndlərdə sakinlər diqqətdən razıdır
Respublika mətbuatı Qazax
haqqında Azərbaycan
Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları
hər gün davam edir. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə
orqanlarının rəhbərləri, icra aparatının məsul şəxsləri ilə birlikdə düşmən
tərəfindən atəşə tutulan Abbasbəyli kəndində olub. Yaşayış evinin damına zərər
dəymiş kənd sakini Kərimov Kərim Əşrəf oğlunun evində olaraq onunla görüşüblər. "Sərhəddə
yaşayan sakinlər hər cür diqqət və qayğıya layiqdir. Düşmən gülləsinin
qabağında mətin dayanan, öz ata-baba yurdlarını bir an olsun belə tərk etməyən
bu cür insanlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun borcudur”, - deyən
rayon rəhbəri dövlətin hər zaman onların yanında olduğunu bildirib. İcra
başçısı qeyd edib ki, necə ki, Qazax rayonunun işğal altında olan Bağanıs Ayrım, Barxudarlı, Sofulu,
Xeyrımlı, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan məcburi küçkünlərimizin qayğıları diqqət mərkəzində saxlanılır,
eləcə də sərhəddə yerləşən kəndlərdə yaşayan insanlarımıza da o cür qayğı ilə
yanaşılır. İcra Hakimiyyətinin başçısı rayonda sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm, Fərəhli,
Cəfərli, Bala Cəfərli, Alpout, Abbasbəyli kəndlərində yaşayan
sakinlərin hər zaman qayğı ilə əhatə olunduqlarını vurğulayıb. Baş
vermiş atışmadan söz açan rayon rəhbəri bu gün sərhədlərimizin keşiyində mətin
dayanan "Qazax” əlahiddə sərhəd diviziyasının əsgər və zabitlərinin ayıq-sayıqlığı
sayəsində düşmənə layiqli cavabın verildiyini bildirib. Hazırda Ali Baş
Komandan İlham Əliyevin "İrəli!” əmrinə hazır olan güclü ordumuzun,
sərhədçilərimizin torpaqlarımızı, xüsusilə də sərhədlərimizi layiqincə
qoruduğunu, sakinlərin təhlükəsizliyinin tam təmin olunduğunu qeyd edib. Evinin
damına zərər dəymiş kənd sakini Kərim Kərimov cəbhə bölgəsində yaşayan əhaliyə
göstərilən qayğıya görə minnətdarlığını bildirib. Baş vermiş hadisə ilə bağlı
onun ailəsinə baş çəkilməsini dövlətin, ölkə başçısının və rayon rəhbərinin
vətəndaşa olan qayğısı kimi səciyyələndirib. *** Ermənistanla
168 km sərhəddi olan Qazax rayonunun sərhəd kəndlərində yaşayan sakinlər artıq
30 ildir ki, düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını hələ
də yaşayır. Daim erməni silahlı birləşmələrinin atəşi altında olan, sərhədə ən
yaxın məsafədə yerləşən kəndlərdən biri də rayonun Məzəm kəndidir. Ermənistan-Azərbaycan
münaqişəsi başlayan ilk gündən 65 evdən ibarət olan bu kənd 8 şəhid verib. Bu
qəhrəman kənddə 4 hərbçi öz torpaqlarının, kəndinin, bütövlükdə Qazaxın
müdafiəsi yolunda canından keçib. 4 nəfər kənd sakini isə düşmən gülləsinin qurbanı
olub. 1 nəfər kənd sakini - Mərfət Nəsibov Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb. Qeyd etmək
lazımdır ki, düşmən mövqelərindən atəşə məruz qalan kənd sakinlərinin
təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. Hər an həyəcanda yaşayan, hər
zaman düşmən gülləsi ilə üz-üzə qalan kənd sakinlərinin normal şəkildə həyat
sürmələri üçün hər cür şərait yaradılır. Dövlət başçısı tərəfindən sərhəddə
yaşayan sakinlərə göstərilən diqqət və qayğı rayon rəhbərliyi tərəfindən də ən
yüksək səviyyədə hiss olunmaqdadır. Məhz bu diqqət və qayğının nəticəsidir ki,
rayon rəhbərliyi yaranmış təhlükəli vəziyyəti nəzərə alaraq atəş nöqtələrinə ən
yaxın məsafədə yerləşən evlərin qarşısına istinad divarlarının çəkilməsini
təmin etdi. Görülən bu
işlər sayəsində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bu günə kimi 57
evin qarşısına 2530 p/m uzunluğu və 3 metr hündürlüyü olan istinad divarları
çəkilib. Həmçinin sərhəddə yaşayan kənd əhalisinin təhlükəsiz gediş-gəlişini
təmin etmək üçün məqsədyönlü işlər görülüb. Yol boyu hündürlüyü 3 metr,
uzunluğu isə 480 paqonmetr olan istinad hasarının 400 paqonmetri artıq çəkilib. Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Məzəm kəndində istinad divarının
çəkilişi ilə bağlı yerində baxış keçirib. Ötən il başlanılan işlərin bu il
yekunlaşacağını qeyd edib. Görülməsi nəzərdə tutulan işlərlə bağlı tapşırıq və
tövsiyələrini verib. Rayon
rəhbərliyi ilə səmimi söhbət edən kənd sakinləri sərhəd kəndində yaşayan
sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə
dərin minnətdarlıqlarını bildiriblər. Vəli
VƏLİYEV, "Respublika”
qəzetinin bölgə müxbiri 20
may 2020-ci il
Facebook-da paylaş