• Təqvim

  • Maraq



İcra başçısı düşmənlə sərhəddə yerləşən Bala Cəfərli kəndində sakinlərin qayğıları ilə maraqlanıb

Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün işlər, icra edilən çoxsaylı layihələr, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edərkən onlarla olan söhbəti zamanı dövlət məmurları haqqında söylədiyi fikirlər, onların vətəndaşlarla daim təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyatı üzrə verdiyi tapşırıq və tövsiyələr bir məqsədə xidmət edir ki, bütün bunların kökündə vətəndaş amili dayanır. Ölkəmizdə dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, dövlət başçısının qeyd etdiyi "Vətəndaşlara hər zaman diqqət və qayğı ilə yanaşılmalıdır” fikiri Qazaxda da əsas götürülür. Bunu rayon rəhbərinin vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, sakinlərə olan səmimi münasibətindən də aydın şəkildə görmək olur.

Bu günQazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri ilə birlikdə sərhəddə yerləşən Bala Cəfərli kəndində sakinlərlə görüşməsi, onların qayğıları ilə maraqlanması da rayon rəhbərinin vətəndaşlara olan diqqətinin bariz nümunəsidir.


Hər zaman olduğu kimi, bugünkü görüşdə də ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan uğurlu addımlardan danışılıb. Yola saldığımız 2020-ci ilin xalqımızın yaddaşına əbədi həkk olunmasından, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən söhbət açılıb. Əldə etdiyimiz şanlı Zəfərə görə Azərbaycan xalqı olaraq Müzəffər Ali Baş Komandana və onun rəhbərliyi altında bizi Qələbə ilə sevindirən şanlı ordumuzun əsgərlərinə, zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə və qazilərimizə minnətdar olduğumuz diqqətə çatdırılıb.

Kənd sakinlərini salamlayan icra başçısı bugünkü görüşün də əsas məqsədinin vətəndaşları narahat edən qayğıları dinləməyə, onlar tərəfindən qaldırılan məsələləri, səslənən fikirləri öyrənərək həlli istiqamətində müvafiq işlər görməyə yönəldiyini bildirib.

Rayon rəhbəri qeyd edib ki, bu gün əgər ölkə başçısı "Mən hər bir vətəndaşın Prezidentiyəm” deyirsə, bu, hər bir dövlət məmuru üçün örnək və nümunə olmalıdır. Bütün işlərin kökündə vətəndaş məmnunluğu dayanmalıdır və bu amil Qazaxda hər zaman ön planda olub, bundan sonra da olacaq.


"Sərhəddə yaşayan sakinlər hər cür diqqət və qayğıya layiqdir. Düşmən gülləsinin qabağında mətin dayanan, öz ata-baba yurdlarını bir an olsun belə tərk etməyən bu cür insanlara qayğı ilə yanaşmaq hər bir dövlət məmurunun borcudur”, - deyən rayon rəhbəri hər zaman onların yanında olduğunu bildirib. Ölkə başçısı cənab İlham Əliyevin istər məcburi köçkün ailələrinə, istərsə də sərhəddə yaşayan insanlara göstərdiyi diqqət və qayğıdan söz açan rayon rəhbəri bu amilin Qazaxda da icra olunduğunu vurğulayıb. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən sərhəd kəndlərini daim diqqətdə saxladığını, sakinlərlə görüşdüyünü diqqətə çatdırıb. İcra başçısı sərhəd kəndləri olan Quşçu Ayrım, Məzəm, Fərəhli, CəfərliBala Cəfərli kəndlərində yaşayan sakinlərin hər zaman olduğu kimi bundan sonra da qayğı ilə əhatə olunacaqlarını qeyd edib.

"Siz vətəndaşların qaldırdığı məsələyə biganə yanaşa bilmərik”, - deyən rayon rəhbəri daha sonra sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. 


Kənd sakinlərindən Ceyhun Rəhimov, Aynur Əliyeva, Gülsüm Quliyeva, Əsmər Mürsəlova, İradə Mehtiyeva, Nuriyyə Qasımova, Murad Kosayev, Nərminə Quliyeva və başqaları çıxış edərək respublikamızda, eləcə də Qazax rayonunda və kəndlərdə görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğu yüksək qiymətləndiriblər. Sakinlər bu yaxınlarda Bala Cəfərli kəndində rabitə və yüksək sürətli internet xəttinin çəkilməsini onlara olan növbəti qayğı kimi qeyd ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha öz dərin minnətdarlıqlarını bildiriblər.

"Bu gün də, sabah da biz əminik ki, dövlətimiz, ölkə rəhbərimiz bizim arxamızdadır. Ən əsası da düşmənin bir gülləsinə beş güllə ilə cavab verməyi, düşmənin hər bir həmləsini dəf etməyi bacaran güclü ordumuz, sərhədçilərimiz var”, - deyən sakinlər 44 günlük Vətən müharibəsində bunun bir daha şahidi olduqlarını bildiriblər. Əsgər və zabitlərimizlə fəxr etdiklərini, şəhidlərimizin ruhu qarşısında baş əydiklərini, onların hər zaman qəlblərdə əbədi yaşayacaqlarını söyləyiblər.

Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Vətəndaşların kənddə su çəninin qoyulması, ev təmiri, istifadə olunan qazın limiti və müxtəlif səpkili müraciətlərini dinləyən rayon rəhbəri hər bir məsələyə həssaslıqla yanaşılacağını bildirib. Qeyd edilən məsələlərlə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlarını verib.

 

GOYEZEN.AZ



Facebook-da paylaş