İcra başçısı sərhəddə yaşayan sakinlərin qayğıları ilə maraqlanıb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rəhbər kimi
fəaliyyətə başladığı ilk gündən düşmənlə sərhəddə yerləşən kəndləri və orada
yaşayan sakinləri daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin sərhəd
bölgəsində yerləşən Məzəm və Quşçu Ayrım kəndlərində yaşayan kənd camaatına qayğı
ilə yanaşması, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll
etməsi, ən əsası da onlarla mütəmadi olaraq görüşlər keçirməsi bunu bir daha
sübut edir. Məhz bu qayğının nəticəsidir ki, sakinlərin istər
yaşayış şəraitlərinin yaxşılaşdırılması, istərsə də təhlükəsizliklərinin təmin
olunması istiqamətində əhəmiyyətli işlər görülür. Rayon rəhbəri
bu gün də Məzəm və Quşçu Ayrım kəndlərində olub, sakinləri narahat edən
məsələləri dinləyib. Rayonda görülən
genişmiqyaslı işlərdən, istər kənd təsərrüfatı sahəsində, istərsə də
vətəndaşların sosial təminatının yaxşılaşdırılması istiqamətində həyata
keçirilən məqsədyönlü tədbirlərdən söz açıb. Digər kəndlərlə yanaşı, sərhəddə
yerləşən Məzəm və Quşçu Ayım kəndlərinin daha çox diqqət və qayğıya ehtiyac
olduğunu bildirib. Respublika Prezidenti İlham Əliyevin siyasətinin əsasını
təşkil edən vətəndaş amilinin 2 il 4 ay ərzində Qazaxda olduğu kimi icra
edildiyini qeyd edib. Bundan sonra da sərhəddə yaşayan sakinlərə daim qayğı ilə
yanaşılacağını çatdırıb. Quşçu Ayrım
kənd sakinlərindən Qədim Məmmədov, Lətif Dünyamalıyev, İbrahimxəlil İsgəndərov,
Məzəm kənd sakini Nəsib İsmayılov və başqaları çıxış edərək sərhəd kəndində
yaşayan sakinlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə
bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Onlara
göstərdiyi diqqət və qayğıya görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini
çatdırıblar. Rayon rəhbərinin hər dəfə görüşə gəlməsini, qayğıları ilə
maraqlanmasını yüksək qiymətləndiriblər. Sakinlər onları
narahat edən qayğılardan da söz açıblar. Sakinlər tərəfindən səsləndirilən məhləarası
yolun xırlanması, suvarma suyunun yaxşılaşdırılması, optik kabelin və internet
xəttinin çəkilməsi, feldşer-mama məntəqəsinin tibb bacısı və sanitar maşını ilə
təmin olunması barədə müraciətləri diqqətlə dinləyən rayon rəhbəri qaldırılan
hər bir məsələyə diqqətlə yanaşılacağını bildirib və aidiyyəti üzrə tapşırıqlar
verib. GOYEZEN.AZ
Facebook-da paylaş