“Qazaxın sərhəd kəndləri daim diqqət mərkəzindədi”
Bu sözləri Kəmərli kəndində keçirilən görüş zamanı sakinlər söyləyib
Qazax rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri daim diqqət mərkəzindədir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təyin olunduğu ilk gündən sərhəd bölgəsində yaşayan əhaliyə qayğı ilə yanaşır, qarşılaşdıqları problem və çatışmazlıqları yerindəcə həll edir. Bu diqqət və qayğının nəticəsidir ki, sərhəddə yaşayan sakinlərlə rayon rəhbərliyi arasında bir isti münasibət, bir doğmalıq yaranıb. Təsadüfi deyildir ki, bu gün sərhəddə yaşayan sakinlər İcra Başçısı Rəcəb Babaşovu öz həmkəndliləri hesab edirlər. Bu da səbəbsiz deyildir. Çünki o, mütəmadi olaraq sərhəd kəndlərində olur, onların xeyir və şər işlərində iştirak edir.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun daim diqqət mərkəzində saxladığı kəndlərdən biri də sərhəddə yerləşən Kəmərli kəndidir. Rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən bu kəndə xüsusi qayğı ilə yanaşır.
İcra Başçısı bu gün növbəti dəfə Kəmərli kəndində olub, sakinlərlə görüş keçirərək onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb.
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşdə çıxış edərək bildirib ki, sizinlə belə səyyar görüşlər keçirməyimizin əsas məqsədi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir.
İcra Başçısı qeyd edib ki, Prezident İlham Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda da ön plana çəkilir. Fəaliyyətə başladığım ilk gündən mən hər zaman sərhəddə, eləcə də başqa kəndlərimizdə yaşayan rayon sakinlərinin qayğıları ilə yaxından tanış olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd qoymuşam. Bunu rəsmi qəbul günündən başqa keçirilən fərdi qəbullardan, belə səyyar görüşlərdən də yaxşı bilirsiniz.
Ölkə Başçısının apardığı quruculuq siyasətinin son 2 il ərzində Qazaxda olduğu kimi həyata keçirildiyini qeyd edən rayon rəhbəri bütün sahələrin inkişaf etdiyini, uğurlu göstəricilərin əldə edildiyini bildirib. "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərindən, istifadəyə verilən sosial obyektlərdən, yeni iş yerlərinin yaradılmasından danışıb.
Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda işlər sürətlə davam etdirilir. "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin yanvarından tikintisinə başlanılan 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri görülür.

Çoxmənzilli binalarda görülən işlərdən danışan İcra Başçısı Respublika Prezidenti İlham Əliyevin 20 oktyabr 2016-cı il tarixli Sərəncamına əsasən 2017-ci ildə Qazax rayonunda 78 çoxmənzilli yaşayış binasının əsaslı şəkildə təmir olunduğunu bildirib.
Həmin sərəncama uyğun olaraq çoxmənzilli binalarda aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinin bu il də davam etdirildiyini qeyd edərək daha 85 ədəd çoxmənzilli yaşayış binalarında əsaslı şəkildə təmir işlərinin aparıldığını diqqətə çatdırıb. Bu gün N.Nərimanov yaşayış massivində daha 11 binada təmir işlərinin başa çatdığını qeyd edib.
Rayon rəhbəri bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi kənd sakinlərinin maddi rifah halının yaxşılaşdırılmasına xidmət göstərir. Kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonunda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırıldığını bildirib. Qeyd edib ki, rayonda cari ilin məhsulu üçün 12629 hektarda taxıl, o cümlədən 9102 hektarda buğda, 3527 min hektarda arpa əkilmişdir. Aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi sayəsində zəmilərdə bol məhsul yetişib.
İcra Başçısı Rəcəb Babaşov digər sərhəd kəndləri kimi, Kəmərli kəndində də işlər görüldüyünü, sakinlərə hər zaman diqqət və qayğı ilə yanaşıldığını söyləyib.
Sonra çıxışlar olub. Kəmərli Qərbin qala qapısıdır - deyən kənd ağsaqqallar şurasının sədri Rəhim Rəhimov çıxış edərək bildirib ki, bu gün biz sülh və əmin-amanlıq şəraitində yaşayırıqsa, əvvəl ulu öndər Heydər Əliyevə, sonra isə onun layiqli davamçısı Prezident İlham Əliyevə minnətdar olmalıyıq.
Kənd sakinlərindən Məmməd Osmanov, Məhəmməd Məmmədov da dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını qeyd edib, onlara göstərilən qayğıya görə Respublika Prezidenti İlham Əliyevə kənd sakinləri adından minnətdarlıqlarını çatdırıblar. Onlarla mütəmadi olaraq belə səmimi görüşlər keçirdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini bildiriblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq qeyd edib ki, onlara göstərilən diqqət və qayğı bundan sonra da belə olacaqdır.
GOYEZEN.AZ
Facebook-da paylaş