Qazaxın sərhəd kəndləri daim diqqət mərkəzindədir
Bu sözləri Cəfərli və Bala Cəfərli kəndində keçirilən görüş zamanı
sakinlər söyləyib Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan Qazax
rayonunun 5 kəndi daim mənfur düşmən gülləsinin atəşinə məruz qalır. Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı
Əskipara kimi 7 kəndi isə hələ də işğal altındadır. Qazax rayonu eyni zamanda Vətən
torpaqlarının azadlığı uğrunda 285 şəhid verib. 7 igid oğlu Azərbaycanın Milli
Qəhrəmanı adını alıb. Qazax
rayonunun düşmənlə sərhəddə yerləşən kəndləri daim diqqət mərkəzindədir. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təyin olunduğu ilk gündən sərhəd
bölgəsində yaşayan əhaliyə qayğı ilə yanaşır, qarşılaşdıqları problem və
çatışmazlıqları yerindəcə həll edir. Bu diqqət və qayğının nəticəsidir ki, sərhəddə
yaşayan sakinlərlə rayon rəhbərliyi arasında isti bir münasibət, doğmalıq
yaranıb. Təsadüfi deyildir ki, bu gün sərhəddə yaşayan sakinlər icra başçısı Rəcəb
Babaşovu öz həmkəndliləri hesab edirlər. Bu da səbəbsiz deyildir. Çünki o, mütəmadi
olaraq sərhəd kəndlərində olur, onların xeyir və şər işlərində iştirak edir. Sərhəddə yerləşən Cəfərli və Bala Cəfərli kəndləri
də rayon rəhbərinin daim diqqət mərkəzində saxladığı kəndlərdəndir. Rayon rəhbəri
fəaliyyətə başladığı ilk gündən bu kəndlərə xüsusi qayğı ilə yanaşır. Bu gün icra başçısı Rəcəb Babaşov Prezident
Administrasiyasının məsul işçisi Orxan Mürsəlovla birlikdə həmin kəndlərdə olub, sakinlərlə görüş keçirib,
onları narahat edən məsələlərlə, qayğılarla maraqlanıb. Ötən ilin
dekabrında istifadəyə verilən Cəfərli kənd uşaq bağçasında keçirilən görüşdə son 2 il yarım ərzində Qazaxda
istər tikinti-quruculuq sahəsində, istər elm, təhsil, mədəniyyət sahələrində, istərsə
də kənd təsərrüfatında qazanılan uğurlu
nəticələrdən söz açılıb. Rayon rəhbəri çıxış edərək kənd sakinlərini
salamlayıb, ən səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, həmişə olduğu kimi bugünkü
görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən
eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Bildirib ki, bu gün rayonumuzda elə bir sahə
yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. 2016, 2017-ci illərdə görülən işləri
müqayisə edən rayon rəhbəri bu il Qazaxda aparılan abadlıq və tikinti-quruculuq
işlərinin daha geniş vüsət aldığını bildirib. "Regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri, istifadəyə verilən
sosial obyektləri, eləcə də yeni iş yerlərinin yaradılmasını, kənd təsərrüfatının
inkişaf etməsini, tikinti-quruculuq işlərinin gündən-günə artmasını bu dediklərimizin
əyani sübutu kimi qiymətləndirib. İcra başçısı qeyd edib ki, Prezident İlham Əliyevin
siyasətinin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda da ön plana
çəkilir. Fəaliyyətə başladığım ilk gündən mən hər zaman sərhəddə, eləcə də
başqa kəndlərimizdə yaşayan rayon sakinlərinin qayğıları ilə yaxından tanış
olmağı, sizi narahat edən məsələləri öz dilinizdən eşitməyi qarşıma məqsəd
qoymuşam. Bunu rəsmi qəbul günündən başqa keçirilən fərdi qəbullardan, səyyar
görüşlərdən də yaxşı bilirsiniz. Rayonumuzda yol infrastrukturunun inkişafı istiqamətində
görülən işlərdən danışan rayon rəhbəri bildirib ki, ölkə başçısının Qazax
rayonunun Qazax–Uzuntala (9 km)–Cəfərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər
haqqında imzaladığı 8 iyun 2018-ci il tarixli Sərancamı da bu inkişafın davamı
olaraq bölgələrimizdə yeni asfalt yolların çəkilməsinə xidmət göstərir. Məhz həmin
Sərəncama əsasən bu gün Cəfərli kənd sakinləri rahat şəkildə yeni asfalt yoldan
istifadə edə bilirlər.
Kənd sakinlərindən ağsaqqal Sabir Vəliyev, Mehman
Nəbiyev və başqaları çıxış edərək bildiriblər ki, bu gün biz sülh və əmin-amanlıq şəraitində
yaşayırıqsa, əvvəl ulu öndər Heydər Əliyevə, sonra isə onun layiqli davamçısı
Prezident İlham Əliyevə minnətdar olmalıyıq. Çıxış edənlər rayonda, eləcə də kənddə görülən
genişmiqyaslı işlərdən də danışıblar. Ötən il kənddə yeni uşaq bağçasının
istifadəyə verilməsini, yeni asfalt yolun çəkilməsini sərhəddə yaşayan
sakinlərə göstərilən qayğı kimi qiymətləndiriblər. Dövlət tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduqlarını
qeyd edən sakinlər onlara verilən dəyərə görə Respublika Prezidenti İlham Əliyevə
kənd sakinləri adından minnətdarlıqlarını çatdırıblar. Onlarla mütəmadi olaraq
belə səmimi görüşlər keçirdiyinə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini
bildiriblər. Sonra rayon rəhbəri və administrasiya nümayəndəsi Cəfərli
kənd uşaq bağçasında körpə balalar üçün yaradılan şəraitlə tanış olub,
uşaqların ərzaq təminatı və tibbi müayinə olunmaları ilə maraqlanıblar. Cəfərli
kənd İƏD üzrə nümayəndəlikdə və kənd kitabxanasında sakinlərin rahatlığı üçün
yaradılan şəraitlə də tanış olublar. Daha sonra rayonun düşmənlə ən ucqar məsafədə yerləşən
Bala Cəfərli kəndində sakinlərlə görüş keçirilib. Bu görüşdə də sakinlərin
qayğıları ilə maraqlanılıb, onları narahat edən məsələlər dinlənilib. Həmişə olduğu kimi, bu dəfə də kənd sakinləri rayon
rəhbərliyini böyük səmimiyyətlə qarşılayıb, keçirilən görüşə görə razılıqlarını
ifadə ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov görüşdə çıxış edərək rayonda görülən işlərdən söz açıb, qazanılan
uğurlardan danışıb. Böyük bir tikinti meydançasını xatırladan Qazax rayonunda
bütün işlərin artan templə davam etdiyini qeyd edib. İstər sosial obyektlərin,
istərsə də çoxmənzilli binaların əsaslı şəkildə təmir olunmasının geniş vüsət
aldığını bildirib. Ötən 2 il yarımda rayonda xeyli sayda işlərin görüldüyünü
diqqətə çatdırıb. Kənd
sakinləridən II qrup Qarabağ müharibəsi əlili Ceyhun Rəhimov, ağsaqqal
Telman Kosayev, Zülfü Məmmədova, Bala Cəfərli kənd ibtidai məktəbin
direktoru Yasəmən Quliyeva çıxış edərək bildiriblər ki, bu gün sərhəddə yaşayan
sakinlərə rayon rəhbərliyi tərəfindən hər cür dəstək göstərilir. Rayon rəhbəri
kənddə olan ən xırda məsələyə belə öz şəxsi məsələsi kimi yanaşır və həlli
istqamətində elə yerindəcə tapşırıqlar verir. Məhz bu qayğının nəticəsidir ki,
kənddə zərər dəymiş evlərin dam örtükləri yenilənmiş, əksər evlərin düşmən gülləsinə
tuş gələn pəncərələri hörülmüş, kənd qəbiristanlığının kənarına tor hasar çəkilmişdir.
Bir sözlə, bu gün kənddə sakinlər tərəfindən qaldırılan hər bir məsələ öz müsbət
həllini tapır. Bütün bunlar isə rayonda son iki il yarım ərzində vətəndaş amilinin
ön planda tutulmasından xəbər verir. Biz sərhəddə yaşayan sakinlər hər dəfə əmin
oluruq ki, bizə arxa olan dövlətimiz, dövlət başçımız və rayon rəhbərimiz var. GOYEZEN.AZ
Facebook-da paylaş