Vətəndaş məktubundan: “Cənab Prezident, Siz torpaq, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdiniz”
Minarə
Rəhimovadan, Möhtərəm
cənab Prezident. Biz 44
günlük Vətən müharibəsinin, tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi
çox sevinir, Vətənimiz, xalqımız, ordumuz üçün qürur hissi keçiririk. Bu Vətən
müharibəsinin ilk günlərindən Sizin - müzəffər ordumuzun qalib Ali Baş
Komandanının qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar sərkərdəlik
məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı
havadarlarına qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını,
ordumuza və xalqımıza necə güc verdiyini izləməkdən və görməkdən iftixar hissi
keçirdik. Birinci
Qarabağ müharibəsinin şahidi, düşmənlə sərhəddə yerləşən kənd sakini və bir
ziyalı kimi müharibənin ağrısını və çətinliklərini yaxşı dərk edirəm. Siz
dəyanətinizlə milli ruhun daşıyıcısı, ilhamverici qüvvəsi olaraq bütün
vətəndaşların güc və enerjisini qələbəyə yönəltməyi bacardınız. Torpaq, ordu və
bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdiniz. 30 illik
işğala son qoyan Vətən müharibəsində silahlı qüvvələrin, hakimiyyət
nümayəndələrinin və vətəndaşların həmrəyliyi bizim qələbəmizin əsasını təşkil
etdi. Hər şey Vətən üçün, hər şey cəbhə üçün çağırışı altında birləşərək,
gücümüzü ortaya qoymağı, bütöv Azərbaycan olmağı bacardıq. 44 günlük Vətən
müharibəsinin hər bir günü bizim üçün şərəf və ləyaqət günü oldu. Bu tarixi
bizə yaşatdığınız üçün Qazax rayonun Kəmərli kənd sakinləri adından Sizə dərin
təşəkkürümü bildirirəm, uzun ömür və cansağlığı arzulayıram. Hörmətlə, Minarə
Rəhimova Azərbaycan
Respublikası, Qazax rayonu, Kəmərli kəndi.
Facebook-da paylaş